Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA

17.07.2026 18:04 333
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Azərbaycanda iş yerlərində baş verən bədbəxt hadisələr vaxtaşırı gündəmə gələn mövzulardan biridir. Hər il yüzlərlə işçi istehsalat zamanı bədbəxt hadisələrlə üzləşir. Bu hadisələrin bir qismi yüngül xəsarətlə nəticələnsə də, bəziləri ömürlük əlilliyə, hətta ölümlə nəticələnir.

Əmək təhlükəsizliyi ilə bağlı qanunvericilikdə işəgötürənlərin üzərinə bir sıra öhdəliklər qoyulsa da, bəzi hallarda təhlükəsizlik qaydalarına əməl olunmaması və ya lazımi nəzarətin təmin edilməməsi iş qəzalarının baş verməsinə səbəb olur. Bu isə həm işçilərin sağlamlığı, həm də müəssisələrin fəaliyyətinə ciddi təsir göstərir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, 2026-cı ilin ilk altı ayı ərzində istehsalatda baş vermiş 311 bədbəxt hadisə araşdırılıb. Həmin hadisələr nəticəsində 344 nəfər zərər çəkib.

AZXEBER.COM istehsalatda ən çox iş qəzası baş verən sahələri araşdırıb.

Tikinti sahəsi - İstehsalatda baş verən bədbəxt hadisələrin əhəmiyyətli hissəsi tikinti sektorunda qeydə alınır. Hündürlükdə görülən işlər, ağır texnikalardan istifadə və təhlükəli istehsalat şəraiti bu sahəni yüksək risk qrupuna daxil edir. Tikintidə baş verən qəzalar arasında hündürlükdən yıxılma, ağır cisimlərin işçilərin üzərinə düşməsi, elektrik cərəyanı vurması və texniki nasazlıqlar nəticəsində baş verən hadisələr üstünlük təşkil edir.

Emal sənayesi - İş qəzalarının sıx rast gəlindiyi digər fəaliyyət istiqaməti emal sənayesidir. Müxtəlif istehsal müəssisələrində istifadə olunan dəzgahlar, mexaniki avadanlıqlar, yüksək temperatur və kimyəvi maddələrlə işləmək bu sahədə qəza riskini artıran əsas amillər hesab olunur.

Mədənçıxarma sənayesi - Mədənçıxarma sənayesi də istehsalat riskinin yüksək olduğu sahələr sırasında yer alır. Bu sektorda yeraltı işlər, ağır texnikalar, partlayıcı maddələr və mürəkkəb istehsalat prosesi işçilərin təhlükəsizliyi baxımından əlavə risklər yaradır.

Nəqliyyat və anbar təsərrüfatı - Nəqliyyat və anbar təsərrüfatında baş verən istehsalat qəzaları əsasən yükdaşıma prosesləri, nəqliyyat vasitələrinin idarə olunması, yükləmə-boşaltma işləri və ağır texnikalardan istifadə zamanı baş verir.

Enerji sektoru - Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində çalışan əməkdaşlar yüksək gərginlikli avadanlıqlar və təhlükəli istehsalat şəraiti ilə üzləşirlər. Bu səbəbdən həmin sahədə elektrik cərəyanı, qaz sızması, yanğın və partlayış kimi risklər mövcuddur.
Su təchizatı və tullantıların emalı sahəsi - Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində çalışan işçilər kanalizasiya sistemləri, təmizləyici qurğular, xüsusi texnika və kimyəvi maddələrlə işlədikləri üçün müxtəlif istehsalat riskləri ilə qarşılaşırlar.

İnformasiya və rabitə sahəsi - Bu sahədə iş qəzaları digər sektorlarla müqayisədə az olsa da, rabitə xətlərinin çəkilməsi, telekommunikasiya qüllələrində aparılan işlər və elektrik avadanlıqları ilə bağlı fəaliyyət zamanı bədbəxt hadisələr baş verə bilir.

Son xəbərlər