Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda işçilər faciəvi şəkildə öldü

11.05.2019 18:34 1 809
Bakıda işçilər faciəvi şəkildə öldü
Ötən gün Bakıda bir neçə işçi bədbəxt hadisələrin qurbanı olub.

Bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Yasamal rayonunda mayın 10-da təxminən 17:00 radələrində “Azəristiliktəchizat” ASC-nin Yeni Yasamal 2 yaşayış massivi ərazisində yerləşən qazanxanasının damından 60 yaşlı qaynaqçı Cəbiyev Ramiz Ağamalı oğlu yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb fəhləni qaldıran kranın lyuk hissəsini saxlayan trosun qırılması olub.

Nərimanov rayonu İslam Abışev küçəsində yerləşən “Rüzgar” kiçik biznes qarajında baş verən bədbəxt hadisə zamanı da işçi ölüb. Qusar rayon sakini, 48 yaşlı Novruzbəyov Gülbala Sədrəddin oğlu yük maşınının təkərində apardığı qaynaq işlər zamanı baş verən partlayış nəticəsində ölüb.

Suraxanı rayonunda Əmircan qəsəbə sakini, 47 yaşlı Əliyev Fazil Qardaşxan oğlu da ölüb. Kişi özəl sifariş üzrə təmir işləri aparan zaman evin damından yıxılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri Azər İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, idarə əməkdaşları hadisələr baş verən yerlərdə olub və araşdırmalar başlanılıb. Yaxın günlərdə bədbəxt hadisələrin səbəbləri məlum olacaq.

Onun sözlərinə görə, iş verənlərin texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi məlum olarsa, İnzibati Xətalar Məcəlləsinə görə onlar min manatdan iki min manatadək cərimə olunacaqlar. Bundan başqa, icbari sığorta olmaması üçün də cərimə nəzərdə tutulub.//oxu.az

Son xəbərlər