Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ailə büdcəsində təhsil fərqi: Ali təhsillilər pullarını hara xərcləyir?

16.07.2026 18:12 327
Ailə büdcəsində təhsil fərqi: Ali təhsillilər pullarını hara xərcləyir?
Azərbaycanda ailələrin pullarını hara xərcləməsi ev təsərrüfatı başçısının təhsil səviyyəsindən də asılıdır.

Rəsmi statistikaya əsasən, ali təhsilli şəxslərin rəhbərlik etdiyi ailələr xərclərini digər ailələrdən fərqli şəkildə bölüşdürür.

Azxeber.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, ali təhsilli ev təsərrüfatı başçısına malik ailələr istehlak xərclərinin 41,5 faizini ərzaq məhsullarına sərf edir. İbtidai və ya ondan aşağı təhsilli ev başçısının olduğu ailələrdə isə bu göstərici 47,8 faizə çatır. Bu isə həmin ailələrin büdcəsinin daha böyük hissəsinin gündəlik qida ehtiyaclarına yönəldiyini göstərir.

Məlumata görə, ali təhsilli ailələr təhsil, nəqliyyat, istirahət və mədəniyyət xidmətlərinə də daha çox vəsait ayırır. Belə ki, onlar istehlak xərclərinin 2,2 faizini təhsilə, 7,9 faizini nəqliyyata, 4,3 faizini isə istirahət və mədəniyyət xidmətlərinə sərf edir.

Bununla yanaşı, su, elektrik enerjisi, qaz və digər yanacaq xərclərinin payı təhsil səviyyəsi aşağı olan ailələrdə daha yüksəkdir. Bu istiqamətdə xərclərin payı ali təhsilli ailələrdə 7,4 faiz, ümumi orta təhsilli ailələrdə 8,4 faiz, ibtidai və ya ondan aşağı təhsilli ailələrdə isə 8,1 faiz təşkil edir.

Statistika göstərir ki, ev təsərrüfatı başçısının təhsil səviyyəsi aşağı düşdükcə təhsilə ayrılan vəsaitin payı da azalır. Belə ki, ali təhsilli ailələr istehlak büdcəsinin 2,2 faizini təhsilə yönəltdiyi halda, ibtidai və ya ondan aşağı təhsilli ailələrdə bu göstərici cəmi 0,4 faizdir.

Son xəbərlər