Mojo.az Banner
12:18 Xarici banklardan pul oğurlayan əcnəbi BAKIYA GƏTİRİLƏCƏK  |     12:10 "Sabah"ın qələbəsi UEFA əmsallar cədvəlində Azərbaycanın xalını artırdı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     11:54 Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət  |     11:39 2026-cı ilin ən yüksək temperaturu İranda qeydə alınıb  |     11:37 Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ  |     11:25 Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO  |     11:21 Kamçatkada ardıcıl dörd güclü zəlzələ baş verdi  |     11:11 Bakıda iki qadın əcnəbi vətəndaşı ŞANTAJ ETDİ - MƏHKƏMƏ  |     23:01 "WhatsApp"ın yeni funksiyası məxfiliyə risk yarada bilər - İstifadəçilərə xəbərdarlıq  |     22:56 Sabiq icra başçısının həbs müddəti uzadıldı  |     22:49 Azərbaycanda ən çox və ən az maaş olan sahələr (SİYAHI)  |     22:43 Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?  |     22:35 "Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi  |     22:30 Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı  |     22:22 AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı  |     22:17 Sabah çimərliklərdə hava necə olacaq?  |     22:09 Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  |     22:04 Fransada meşələri yandıran 59 nəfər həbs edildi  |     21:56 Axtarışda olan Tuqay Hüseynov Azərbaycana gətirilir  |    
Left Banner
Right Banner

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO

15.07.2026 11:25 219
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Bu gündən Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının tədavülə buraxacaq.

100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Qeyd edək ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.


скачать dle 11.3
Mojo.az Banner