Mojo.az Banner
19:33 Rusiya hərbi binasını partlatmağa çalışan qadın həbs edildi  |     19:28 Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı  |     19:23 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     19:20 Ekspres marşrutların ilk və son dayanacağı - Video  |     19:15 Avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu  |     19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |     18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |     17:45 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib  |     17:30 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:07 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək  |     16:57 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?  |     16:52 Sabah 37 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

"Fairmont Bakı"da yaşayan iş adamına "stop" qoyuldu - 1,7 milyon borca görə...

14.07.2026 18:06 198
Bakıda "Fairmont Bakı" otelində yaşayan Türkiyə vətəndaşı iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 100 min manat olan, qanuni təmsilçisi Sener Muratın olduğu "Daax Construction" MMC-nin Azərbaycanda fəaliyyət göstərən digər Türkiyə şirkətinə 1 702 079,12 ABŞ dolları məbləğində borcu yaranıb.

Sözügedən şirkətin məhkəməyə müraciəti əsasında müəyyən edilib ki, "Daax Construction” MMC-nin mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur, lakin bəzi banklarda hesabları mövcuddur.

Şirkətin bank hesablarında olan vəsaitin tutulması məqsədilə inkasso sərəncamları tərtib edilərək müvafiq banklara göndərilib.

Bununla yanaşı, borclu hüquqi şəxsin rəhbərinin Türkiyə vətəndaşı olduğu və tez-tez ölkə hüdudlarını tərk etdiyi bildirilib.

Sener Muratın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət olunub.

Məlum olub ki, 1966-cı il təvəllüdlü Sener Murat Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən "Fairmont Bakı” otelində yaşayır.

Məhkəmənin qərarı ilə Türkiyə vətəndaşı olan iş adamının Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner