Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq

13.07.2026 20:04 351
Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
"Daşınmaz əmlak idarəçiliyində yeni hüquqi təminatların yaradılmasına imkan verən hazırkı qanun layihəsi sovet dövründən qalan, xüsusilə müstəqillik illərində genişlənən hüquqi, iqtisadi və sosial problemlərin sistemli həllinə yönəlib".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. Komitə sədri bildirib ki, layihəni zəruri edən əsas üç səbəb var:

"Birincisi, müxtəlif dövrlərdə bələdiyyə və icra hakimiyyəti orqanlarının qərarları əsasında verilən, lakin sonradan dövlət qeydiyyatına tam daxil edilməyən torpaq və daşınmaz əmlak münasibətlərinin mövcudluğudur. İkincisi, tikinti sektorunda hüquqi boşluqlardan sui-istifadə halları, xüsusilə eyni mənzilin bir neçə şəxsə satılması faktları hələ də davam edir. Üçüncüsü, Azərbaycanın sürətlə inkişaf edən daşınmaz əmlak bazarı artıq yeni idarəetmə modelinə ehtiyac duyur. Daşınmaz əmlak bazarında son 35 ildə vəziyyət köklü şəkildə dəyişib: "1990-cı ildə istifadəyə verilən yaşayış sahələrinin 45,5 faizi şəhərlərdə, 54,5 faizi kənd yerində olduğu halda, 2024-cü ildə 90,3 faizi şəhər yerində, 9,7 faizi kənd ərazilərində aparılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın ümumi mənzil fondu 2003-cü ildə 125.3 milyon kvadratmetr olduğu halda ötən il 230,4 milyon kvadratmetrə çatıb. Ölkədə bir nəfərə düşən orta yaşayış sahəsi 17,6 kvadratmetrdən 22,6 kvadratmetrə yüksəlib. Azərbaycanda mülkiyyət münasibətlərini yeni mərhələyə keçirən sistemli islahatın məqsədi vətəndaşın dövlət xidmətlərinə çıxışını sürətləndirmək, mülkiyyət hüququnun müdafiəsini gücləndirmək və daşınmaz əmlakın qeydiyyatı, kadastr uçotu sahəsində yeni idarəetmə modeli formalaşdırmaqdır. Yeni qanun layihələri dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi hesabına vətəndaşın eyni məlumatı müxtəlif qurumlara dəfələrlə təqdim etmək zərurətini aradan qaldırır".

Z.Oruc qeyd edib ki, layihənin ən mühüm yeniliklərindən biri təminat qeydi institutudur: "Layihənin 17-1.-ci maddəsində göstəlir ki, mənzil alan vətəndaş artıq hüququnu binanın tikintisi başa çatdıqdan sonra yox, müqavilə bağlandığı andan etibarən dövlət reyestrində hüquqi təminat altına ala biləcək. O cümlədən, 17-1.2-ci maddəyə görə, tikintisi başa çatmamış binada hər bir pay üzrə yalnız bir təminat qeydi aparıla bilər - yəni, eyni mənzilin bir neçə şəxsə satılması riski sıfra endirilir. Təminat qeydi 3 iş günü müddətində aparılır, qeyd aparılmış şəxs öz hüquqlarını notariat qaydasında təsdiq olunan müqavilə əsasında başqa şəxsə ötürə bilər. Dəyişikliklərin zəruriliyi son illərdə 20-dən çox tikinti şirkəti rəhbərinin cinayət məsuliyyətinə cəlb olunması, 5250 vətəndaşın zərərçəkmiş kimi tanınması faktları ilə də təsdiqlənir. Belə hadisələr bir ailənin problemi olmaqla yanaşı, bazarın etibarlılığına zərbə vurur, dövlət institutlarına inama təsir edir, vicdanlı tikinti şirkətlərinin də nüfuzuna xələl gətirirdi. Artıq mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi vasitəsilə dərhal dövlət informasiya sistemində əks olunacaq. Beləliklə, gələcəkdə eyni daşınmaz əmlak üzərində təkrar öhdəliklərin və satışların qarşısını alan qabaqlayıcı hüquqi mexanizm yaranır. Göründüyü kimi, dəyişiklik vicdanlı vətəndaşı qoruyacaq, tikinti şirkətlərinə ictimai etimadı gücləndirəcək, ÜDM-də payı 6,5 faiz olan inşaat sektorunu canlandıracaq".
//unikal.az

Son xəbərlər