Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026 20:10 369
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?
Azərbaycan Respublikasının Ali Məhkəməsi daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərardad qəbul edib.

Ali Məhkəmədən bildirilib ki, qərardadın məqsədi daşınmaz əmlak mübahisələrində əsl mülkiyyətçinin hüquqları ilə əmlakı sonradan əldə etmiş üçüncü şəxslərin maraqları arasında yaranan hüquqi ziddiyyətlərin həllinə vahid yanaşma formalaşdırmaqdır.

Qeyd olunub ki, son illərdə məhkəmə təcrübəsində daşınmaz əmlakın saxta sənədlər, etibarnamələr və digər hüquqazidd vasitələrlə əsl mülkiyyətçinin əlindən çıxaraq bir və ya bir neçə şəxsə satılması halları ilə bağlı mübahisələrə tez-tez rast gəlinir. Belə hallarda həqiqi mülkiyyətçi əmlakının geri qaytarılmasını tələb edir.

Ali Məhkəmənin qərardadında vurğulanır ki, vicdanlı əldəetmə dedikdə, şəxsin vəziyyətin tələb etdiyi bütün diqqəti göstərməsinə baxmayaraq, hüququn əldə edilməsinə mane olan hallardan obyektiv şəkildə xəbərsiz olması nəzərdə tutulur. Başqa sözlə, alıcı daşınmaz əmlakı əldə edərkən bütün zəruri yoxlamaları aparıb, lakin satıcının həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinin olmadığını bilməyibsə, vicdanlı əldə edən hesab edilə bilər.

Qərardadda dövlət reyestrinə etimad prinsipinin əhəmiyyəti də xüsusi vurğulanır. Bildirilir ki, daşınmaz əmlak bazarında hüquqi sabitliyin təmin olunması üçün şəxslər dövlət reyestrində əks olunan məlumatların düzgünlüyünə etibar edə bilməlidirlər. Əks halda, hər bir alqı-satqı əməliyyatı ciddi hüquqi risk daşıyar və mülki dövriyyədə qeyri-müəyyənlik yaranar.

Bununla yanaşı, Ali Məhkəmə qeyd edir ki, qanun yalnız formal olaraq vicdanlı əldə edən görüntüsü yaradan şəxsləri deyil, həqiqətən vicdanlı olan şəxsləri müdafiə edir. Vicdanlı əldəetmə institutu hüquqazidd hərəkətlərin qanuniləşdirilməsi vasitəsi deyil və yalnız dürüst şəkildə mülki dövriyyədə iştirak edən şəxslərin hüquqlarının qorunmasına xidmət edir.

Qərardada əsasən, əsl mülkiyyətçi ilə üçüncü şəxsin hüquqlarından hansının üstün tutulacağı hər bir konkret iş üzrə ayrıca araşdırılmalıdır. Məhkəmələr qərardadda müəyyən edilmiş meyarlar və mərhələlər əsasında qiymətləndirmə apararaq mübahisənin həllinə qərar verməlidirlər.

Ali Məhkəmə vurğulayır ki, sənəd vicdanlı əldəetmə institutunun tətbiq sərhədlərini, vicdanlılığın müəyyən edilmə meyarlarını, sübutetmə qaydalarını, vicdanlılığı istisna edən halları, həmçinin qeydiyyat orqanları və notariat sisteminin rolunu sistemli şəkildə izah edir. Qərardadın əsas məqsədi eyni kateqoriyadan olan işlər üzrə fərqli məhkəmə yanaşmalarının qarşısını almaq və hüquqi müəyyənliyi təmin etməkdir.

Son xəbərlər