Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik etdi

13.07.2026 11:16 390
Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"13 İyul - Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Xoş ənənələr üzərində qurulan Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər istiqamətlər üzrə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monteneqro arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Son xəbərlər