Mojo.az Banner
22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |     20:41 "İnter" ingilis futbolçunu transfer etdi  |     20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |    
Left Banner
Right Banner

"Porsche"nin satışları kəskin azaldı

10.07.2026 17:55 258
2026-cı ilin ilk yarısında "Porsche" avtomobillərinin qlobal satışlarında ciddi geriləmə qeydə alınıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkət yanvar-iyun ayları ərzində ümumilikdə 122 306 avtomobil satıb. Bu nəticə son illərin ən zəif göstəricisi hesab olunur və 2020-ci ildən bəri ən aşağı satış səviyyəsi kimi qiymətləndirilir.

Bildirilir ki, satışlardakı ən böyük azalma Şimali Amerika və Çin bazarlarında müşahidə olunub.

Şirkət geriləmənin əsas səbəbləri kimi benzin mühərrikli 718 modelinin istehsalının dayandırılmasını, elektriklə işləyən Macan modelinə ilkin tələbatın zəifləməsini, eləcə də ABŞ-də hibrid və elektromobil sahibləri üçün tətbiq edilən vergi güzəştlərinin ləğv edilməsini göstərib.

Mütəxəssislər hesab edirlər ki, bu amillər "Porsche"nin 2026-cı ilin ilk altı ayındakı satış göstəricilərinə birbaşa təsir edib.
скачать dle 11.3
Mojo.az Banner