Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avropada “Tesla”nın satışları xeyli azaldı

03.09.2025 23:00 771
Avropada “Tesla”nın satışları xeyli azaldı
ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla” son on ildə ən böyük gəlir itkisi ilə üzləşib.

“Reuters” agentliyi tərəfindən aparılan araşdırma “Tesla”nın Avropadakı satışlarının xeyli azaldığını göstərib.

Fransada satışlar bu ilin avqustunda ötən ilin avqustu ilə müqayisədə 47,3 faiz azalıb. Azalma Danimarkada 42, Niderlandda 50, İsveçdə isə 84 faizdən çox olub. Şirkət Norveçdə satış həcmini 21,3 faiz artırsa da, bu sahədə çinli rəqibi BYD-dən bir qədər geri qalır. Elektrik avtomobillərinə 7 min avroya qədər subsidiya təqdim edən İspaniyada “Tesla”nın satışları 161 faiz, BYD-də isə 400 faiz artıb. Portuqaliyada “Tesla” modelləri üçün sifarişlərin həcmi yeddi aylıq azalmadan sonra avqustda 28,7 faiz yüksəlib.

Amerika şirkəti iyulun sonunda ardıcıl ikinci mənfəət azalmasını yaşayıb. Avtomobil istehsalçısı ötən rübdə 1,17 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövründən 16 faiz azdır. Bunun əsas səbəblərindən biri avtomobil tədarükünün 13,5 faiz azalaraq 384 min 122-yə enməsidir. İndiyədək ən çox satılan Y modelinin yeni variantı da satış həcmini artıra bilməyib. Hətta şirkətin Avropa üçün əsas ümidi olan Berlin yaxınlığındakı nəhəng zavodun sifarişlərində də azalma tendensiyası müşahidə olunur.

Ümumilikdə şirkətin gəlirlərinin azalmasının əsas səbəbləri arasında Y modelinə keçid mərhələsi, İlon Maskın siyasi fəaliyyəti ilə bağlı mübahisələr, ABŞ hökumətinin iqlim siyasətindəki dəyişikliklər, eləcə də digər istehsalçıların, xüsusilə Çin markalarının artan təzyiqi yer alır.(azərtac)скачать dle 11.3
Mojo.az Banner