Mojo.az Banner
20:30 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO  |     20:16 Elxan Mütəllimova yüksək VƏZİFƏ VERİLDİ  |     20:07 Hava ilə bağlı xəbərdarlıq - bu tarixdə güclü külək əsəcək  |     20:00 Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA  |     19:52 Məşhur şairin nəvəsinin əmlakına həbs qoyuldu  |     19:46 Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv  |     19:38 Tramp: Kanada dövlət deyil  |     19:30 Paşinyan: "Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"  |     19:21 Laçında regionun ən böyük məscidlərindən biri inşa olunur: DETALLAR - VİDEO  |     19:13 SOCAR-ın əməkdaşı ürəktutmadan öldü  |     19:05 Dələduzluqda ittiham olunan Ədalət Mustafayev Bakıya gətirildi  |     18:56 “Tələbəlik illərinin yadda qalmasını arzulayıram”  |     18:44 Pensiya, təqaüd, sosial yardım alanları sevindirən xəbər - Bu gün....  |     18:38 Yevlaxın böyük bir ərazisinin qaz təchizatı dayandırılacaq  |     18:30 Bakıda mənzildə yanğın - 8 nəfər təxliyə edildi  |     18:25 Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın - VİDEO  |     18:16 Qanunsuz odlu silah saxladı - Tutuldu  |     18:11 Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı  |     18:04 600-dən çox bal toplayan şəhid övladları bu universitetlərə qəbul oldular  |     17:59 Xəbər vermədən övladını sinifdə saxladılar - VİDEO  |    
Left Banner
Right Banner

Sahibkar olmaq, yoxsa investor? Gənclər hansı yolu seçməlidir?

09.07.2026 15:20 867
Sahibkar olmaq, yoxsa investor? Gənclər hansı yolu seçməlidir?
Azərbaycanda son illər gənclər arasında sahibkarlığa maraq artsa da, biznesə başlamaq istəyənlərin qarşısında əsas sual dəyişmir: Hansı sahəyə yatırım etmək daha sərfəlidir? Bəziləri kiçik kapitalla öz işini qurmağa çalışır, digərləri isə yüksək rəqabət və maliyyə riskləri səbəbindən tərəddüd edir. Bəs hazırkı iqtisadi şəraitdə gənclər hansı istiqamətlərə üstünlük verməlidir? Hansı sahələr gələcək vəd edir, hansı bizneslər isə artıq əvvəlki qədər qazanc gətirmir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Fərhad Pərviz suallarımızı cavablayıb:
"Sualın özündə bir anlayış qarışıqlığı var və mən əvvəlcə onu ayırmaq istəyirəm: "hara yatırım etmək" və "hansı biznesi qurmaq" — bunlar tamam fərqli suallardır".

F. Pərvizinin sözlərinə görə, investisiya etmək üçün biznes qurmağa ehtiyac yoxdur. Siz Apple-a, dünyanın ən yaxşı şirkətlərinə sərmayə qoya bilərsiniz. Biznesi sizin əvəzinizə dünyanın ən bacarıqlı insanları idarə edəcək, siz isə o biznesin böyüməsindən və dividendlərindən pay alacaqsınız. Bu, hər kəsə açıq olan yoldur.

İqtisadçı əlavə edib ki, biznes qurmaq tamam başqa şeydir. Bunun üçün sahibkarlıq ruhu və çox yüksək risk dözümlülüyü lazımdır. Bu, nadir keyfiyyətdir. Mənim müşahidəmə görə, insanların yalnız təxminən 5%-i həqiqi sahibkar olmaq qabiliyyətinə malikdir. Bu ruh adətən uşaqlıqdan görünür: belə insanlar erkən yaşlarından nəsə satır, iş tapır, təşəbbüs göstərirlər. Əgər siz özünüzdə bu xüsusiyyətləri görmürsünüzsə, bu, qüsur deyil, sadəcə sizin yolunuz başqadır.
Qalan 95% üçün (əslində istənilən insan üçün) daha ağıllı strategiya var: korporativ sektorda işləmək, gəlirlərini artırmaq, xərclərini nizamlamaq və investor olmaq.

"Milyonçu olmaq üçün biznesmen olmaq şərt deyil. Şərt olan gəlir və xərclərin üzərində sistemli işləmək və uzunmüddətli investisiya vərdişi qurmaqdır", — deyə iqtisadçı qeyd edib.

Sonda sərfəli sahələrdən bəhs edən Fərhad Pərvizi vurğulayıb:

"Gənclərə konkret sektor adı vermək əvəzinə, mən onlara əvvəlcə bu iki yoldan hansının onlara aid olduğunu müəyyən etməyi tövsiyə edirəm. Yanlış yolda ən perspektivli sahə belə itki gətirir.

Məhz buna görə mən son illər fəaliyyətimin böyük hissəsini maliyyə savadlılığına həsr etmişəm. Payızda adi insanlar üçün sıfırdan investor olmağın yolunu sistemli şəkildə öyrədən yeni tədris proqramına başlayırıq. Çünki inanıram ki, Azərbaycanda maliyyə azadlığı 5%-in yox, hamının əlçatan hədəfi ola bilər".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner