Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə hava limanında insident - Polislər yaralandı

08.07.2026 15:04 372
Türkiyədə hava limanında insident - Polislər yaralandı
İzmir hava limanında iki bıçaqla silahlanmış şübhəlini zərərsizləşdirməyə çalışan dörd polis əməkdaşı yaralanıb.

"Unikal" xəbər verir ki, İzmirin Adnan Menderes Hava Limanının Daxili Terminalında əlində iki bıçaq olan 45 yaşlı H.K-nı görən polis müdaxilə edib.

Şübhəlinin zərərsizləşdirilməsi zamanı baş verən dava-dalaş zamanı bir komissarı və üç polis əməkdaşı yüngül bıçaq xəsarətləri alıb. Zabitlər təcili yardımla Menderes Dövlət Xəstəxanasına aparılıb və müalicədən sonra evə buraxılıblar.

Nəzarətə alınan şübhəliyə qarşı "qəsdən bədənə xəsarət yetirmə" və "hüquq-mühafizə orqanı əməkdaşına müqavimət" ittihamları ilə məhkəmə prosesi başlanıb.

Şübhəlinin uzun müddətdir ki, ruhi sağlamlıq problemləri ilə əlaqədar müalicə aldığı və əqli cəhətdən qeyri-sabit olduğu bildirilib.

Son xəbərlər