Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Tbilisi-Bakı istiqaməti üzrə biletlərə əlavə endirimlər olacaq?

07.07.2026 16:35 363
Bakı-Tbilisi-Bakı istiqaməti üzrə biletlərə əlavə endirimlər olacaq?
"Tbilisi-Bakı istiqamətində sərnişin tələbatı Bakı-Tbilisi reysindən daha yüksəkdir. Bu, Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə əlaqədardır"

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Dəmir Yollarının (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, xarici vətəndaşlar ölkəyə əsasən hava və dəmir yolu ilə daxil ola bildikləri üçün Tbilisi-Bakı istiqamətində tələbat daha yüksəkdir.

A.Fərəcov bildirib ki, bugünkü məlumata əsasən, Tbilisidən Bakıya 6 mindən çox, Bakıdan isə Tbilisiyə 5 mindən artıq sərnişin daşınıb.

O əlavə edib ki, Gəncə stansiyasında da sərnişinlərin minmə və enmə göstəriciləri yüksəkdir.

Departament rəisi həmçinin qeyd edib ki, mövsümlə əlaqədar Bakı-Tbilisi-Bakı istiqaməti üzrə biletlərə əlavə endirimlərin tətbiqi hazırda müzakirə olunmur.

Bundan başqa, A.Fərəcov vurğulayıb ki, mövcud qatarlara köhnə tipli vaqonların qoşulması hər hansı təhlükəsizlik riski yaratmır:

"Bu, texniki istismar qaydalarına tam uyğundur və qoşulan vaqonlar qatarın sürəti və digər texniki göstəricilərinə uyğun şəkildə istismar olunacaq".скачать dle 11.3
Mojo.az Banner