Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çəyirtkələrin sirri: Onları Azərbaycana gətirən səbəb nədir?

07.07.2026 12:37 1 056
Çəyirtkələrin sirri: Onları Azərbaycana gətirən səbəb nədir?
Son günlər Sumqayıt şəhəri və Abşeron yarımadasının müxtəlif ərazilərində minlərlə İtaliya və Mərakeş çəyirtkəsinin müşahidə olunması sakinlər arasında narahatlıq yaradıb. Məlumata görə, hadisədən sonra bəzi ərazilərdə dezinfeksiya və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib. Buna baxmayaraq bəzi qəsəbələrdə hələ də çəyirtkələr görülüb.

Bəs bu növlərin Azərbaycanda kütləvi görünməsinin səbəbi nədir? Onlar həqiqətən xaricdən gəlib, yoxsa ölkə ərazisində də yayılmış növlərdir? İnsan sağlamlığı, kənd təsərrüfatı və ətraf mühit üçün hər hansı təhlükə yaradırmı?

Hadisə ilə bağlı Median.Az-ın suallarını cavablandıran Canlı Sistemlərin Tətqiqi İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Gülər Hüseynzadə bildirib:

"Çəyirtkələrin kütləvi çoxalmasının əsas səbəbi hava şəraiti ilə bağlıdır. Havaların növbə ilə quraq və yağıntılı keçməsi onların çoxalmasına əlverişli şərait yaradıb. Rütubətli dövrlərdə çəyirtkələr sürətlə çoxalır, daha sonra quraqlıq başlayanda isə qida ehtiyatı axtarışı məqsədilə sürülər halında miqrasiya edərək yeni ərazilərə uçurlar".

Gülər Hüseynzadə əlavə edib ki, ikinci səbəb isə qonşu ölkələrdə, xüsusilə Gürcüstan və İranda becərilməyən torpaqlarda yabanı bitkilər üzərində kütləvi şəkildə yumurta qoymalarıdır. Qida ehtiyatı azaldıqda cavan fərdlər 100 kilometrədək məsafə qət edərək qonşu bölgələrə köç edirlər.

Fəlsəfə doktoru onu də qeyd edib ki, belə kütləvi çoxalma hallarında dövlət qurumları – Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və yaşıllaşdırma idarələri tərəfindən aqrotexniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

Mütəxəssis sonda vurğulayıb ki, çəyirtkələr insanlar üçün birbaşa təhlükə yaratmır. Lakin əkin sahələrinə, tingliklərə və digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vura bilirlər.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner