Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Naxçıvan reysləri TƏXİRƏ SALINDI - SƏBƏB

06.07.2026 17:52 564
Bakı-Naxçıvan reysləri TƏXİRƏ SALINDI - SƏBƏB
Azərbaycan Hava Yollarının 6 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir:

"Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.

Qeyd etmək vacibdir ki, uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Aviasiyada qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir. Məsələn, ildırım aktivliyi, güclü külək, şaquli hava axınları, intensiv yağıntı, aşağı görünmə məsafəsi və ya tufan buludları yer səviyyəsindən aydın görünməyə bilər. Lakin bu meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər".

Son xəbərlər