Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıtdı

13.06.2026 21:51 726
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıtdı
Azərbaycan Hava Yollarının (AZAL) J2-295 nömrəli Bakı-Naxçıvan reysini icra edən təyyarəsi ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.

"Qeyd edək ki, J2-2257 nömrəli Bakı-Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbi ilə təxirə salınıb. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək.

Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir", - məlumatda qeyd olunub.

Son xəbərlər