İran Hörmüz boğazında Qərbin hərbi fəaliyyətinə qarşıdır
İran Fransa və Böyük Britaniyanın Hörmüz boğazı ilə bağlı birgə bəyanatına cavab olaraq bu strateji dəhlizdə Qərb ölkələrinin mümkün hərbi fəaliyyətinə qarşı xəbərdarlığını yenidən səsləndirib.
Median.Az “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Qəribabadi qeyd edib ki, İran Hörmüz boğazının təhlükəsizliyinə cavabdeh və onun təminatçısı olan ölkə kimi burada istənilən xarici hərbi hərəkətə qarşı xəbərdarlıq edir. Belə ki, boğazın təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət yalnız sahilyanı dövlətlərin üzərinə düşür.
Eyni zamanda, iranlı diplomat əlavə edib ki, Hörmüz boğazı regiondankənar qüvvələrin hərbi nümayiş meydanı deyil və bölgədə gərginlik yaratmağa çalışan tərəflər bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar.
Bu bəyanat Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun ötən gün Omanın Hörmüz boğazının açıq qalmasının təmin edilməsi istiqamətində London və Parislə əməkdaşlığa razılıq verdiyini açıqlamasından sonra verilib. Onlar bəyan ediblər ki, Hörmüz boğazı qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır və bütün ölkələrin gəmiləri üçün təhlükəsiz naviqasiyanın bərpası beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Məlumata görə, Böyük Britaniya və Fransa gələcəkdə boğazın bağlanmasının qarşısını almaq məqsədilə birgə hərbi missiyanın yaradılmasına hazırlaşırlar.
Qeyd edək ki, dünya üzrə neft daşımalarının təxminən beşdəbirinin həyata keçirildiyi Hörmüz boğazı İran, ABŞ və İsrail arasında gərginliyin pik həddə çatdığı dövrdə bağlanmış, bu isə dünya bazarlarında yanacaq qiymətlərinin artmasına səbəb olmuşdu. Boğaz bu ilin iyun ayında Tehranla ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra yenidən gəmiçilik üçün açılıb.
Bununla yanaşı, İran tərəfi boğazın idarə edilməsində aparıcı rolunu qoruyub saxlayacağını və gəmilərin hərəkətinin tənzimlənməsi üçün “xidmət haqqı”nın tətbiqi ilə bağlı mövqeyini davam etdirir.