Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?

04.07.2026 21:33 435
Həbsdə olan
Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva ilə görüşüb.

Median.Az
xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında müdafiəçi özü deyib.

Onun sözlərinə görə, İ.Hacıyeva özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. Tiktoker kamerada bir neçə nəfərlə birlikdə saxlanılır: "Saxlanma şəraiti yaxşıdır, heç bir şikayəti yoxdur. Eyni zamanda özünə olan münasibətdən də narazı deyil".

İlduzə Hacıyeva isə vəkili ilə söhbətində deyib ki, Xəzər Rayon Məhkəməsinin hökmünü qanunsuz, əsassız və ədalətsiz sayır: "Dedi ki, belə bir qərar gözləmirdim. Hələ də şokdadır. Kamerada onunla birlikdə saxlanılan şəxslər də təəccübləniblər. Hamı İlduzə xanıma deyir ki, axı Azərbaycanda yol-nəqliyyat hadisəsinə, xüsusilə də şübhəli qəzaya görə qadınları həbs etmirlər. Dörd uşaq anasına isə belə bir cəzanın verilməsinə rast gəlinməyib".

Fərid Həsənov bildirib ki, tiktokerin övladlarına hazırda nənə-babaları baxırlar. Onun Almaniya vətəndaşı olan həyat yoldaşının isə yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, İ.Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53-də "Changan Qiyuan A05 Plug-in Hibrid" markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan-Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən qəza törədib.

Nəticədə İ.Hacıyeva Amal Musa oğlu Məlikovun idarə etdiyi "Mercedes-Benz D2" markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.

Nəticədə həmin avtomobildə olan sərnişin Sənubər Firdovsi qızı Muradova ağır bədən xəsarəti alıb, sürücü Amal Məlikov isə ölüb.

Xəzər Rayon Məhkəməsi hadisədə İ.Hacıyevanı günahkar bilib. Məhkəmə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verib. İ.Hacıyeva məhkəmə zalında həbs olunub.

Onun vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşırlar.
скачать dle 11.3
Mojo.az Banner