Mojo.az Banner
14:04 Sabunçuda kişinin boğazı kəsildi: Arvadı saxlanıldı  |     12:59 Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb  |     12:53 Onlayn alış-verişdə vətəndaşlar ən çox hansı problemlərlə üzləşir?  |     12:44 İmişlidə toy yasa qarışdı - 25 yaşlı şəxs ŞADLIQ EVİNDƏ ÖLDÜ  |     12:40 Ağdaşda ana və oğlu BIÇAQLANDILAR, ər saxlanıldı - TƏFƏRRÜAT (Yenilənib)  |     12:37 Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəislə bağlı YENİ QƏRAR  |     12:35 Bərdədə "Prius" 49 yaşlı kişini vurdu, xəstəxanada keçindi  |     11:58 Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib  |     11:55 "Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ: Dələduzlar yeni üsula əl atırlar  |     11:53 Pensiyaların yenidən hesablanması ilə bağlı YENİLİK olacaq? - Video  |     11:45 Bu tarixdə Ay tutulması 4 bürcün həyatını dəyişəcək – Astroloqdan AÇIQLAMA  |     11:40 Bu məhsullarda kif və acı dad varsa, istifadə etməyin! – VACİB XƏBƏRDARLIQ  |     11:27 Kirayə evlər daha da bahalaşacaq - ÇIXIŞ YOLU  |     11:17 Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI  |     22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |    
Left Banner
Right Banner

"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?

24.06.2026 11:50 711
Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub.

Median.Az
"Unikal"a istinadən xəbər verir ki, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Aparılan istintaqla müəyyən edilib ki, İlduzə Hacıyeva 27 iyun 2025-ci il tarixində saat 00:53-də "Star lizinq" MMC ilə müqavilə bağlayaraq Almaniyanın sürücülük vəsiqəsi ilə "Changan" markalı avtomobili icarəyə götürüb.

O, paytaxtın Xəzər rayonu ərazisində Qala istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini yəni, yolun hərəkət hissəsində dönmə hərəkəti apararkən onunla eyni istiqamətli hərəkətdə olan digər hərəkət iştirakçısının hərəkətinin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, onun yanından hərəkətin təhlükəsiziyini təmin edib keçib getməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib.

O, "Dayanmadan keçmək qadağandır" üstünlük yol nişanının tələblərinə əməl etməyərək sola manevr edib dönmək üçün əksistiqamətli hərəkət zolağına çıxıb.

İlduzə Hacıyeva onunla eyn istiqamətdə arxadan ötmə əməliyyatını keçirən Amal Məlikovun idarə etdiyi "Mercedes Benz D2" markalı avtomobilin təhlükə yarandığını görməsinə baxmayaraq, idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb, həmin avtomobilin onu ötüb keçməsini gözləməyərək dönmə manevrli hərəkətini davam etdirib.

O, yolun əks hərəkət zolağında hərəkətini davam etdirib və onu ötüb keçmək istəyən Amal Məlikovun idarə etdiyi avtomobilin arxa təkərini sürtməklə vurub.

Bununla da Amal Məlikov idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb.

Nəticədə həmin avtomobildə olan sərnişin Sənubər Muradova ağır bədən xəsarətləri alıb, avtomobilin sürücüsü Amal Məlikov isə hadisə yerindəcə dünyasını dəyişib.

Bundan başqa, İlduzə Elmar qızı Hacıyeva yol-nəqliyyat hadisəsi törətməsi, özünün şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxsləri təhlükədə qoyub yardım göstərmədən idarə etdiyi "Changan" markalı avtomobilində yol-nəqliyyat hadisəsi yerindən qaçıb.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. İstintaq dövründə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

"Arzum" ləqəbli bloqerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner