Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı

02.07.2026 19:56 285
Aleksandr Plyuşenkonun Azərbaycan yığmasında debüt edəcəyi turnirlər açıqlandı
Azərbaycan Qış İdman Növləri Federasiyasının idman direktoru İqor Lukanin fiqurlu konkisürən Aleksandr Plyuşenkonun Azərbaycan yığmasının heyətində hansı turnirlərdə debüt edəcəyini açıqlayıb.

Median.Az bu barədə "odds.ru" saytına istinadən xəbər verir.

İqor Lukanin bildirib ki, Beynəlxalq Konkisürmə İttifaqı (ISU) tərəfindən Azərbaycanın iştirakı ilə iki gənclər Qran-prisi təsdiqlənib: "Sentyabrın ortalarında Türkiyədə, ayın sonunda isə Gürcüstanda keçiriləcək yarışlar üçün Saşa (Aleksandr Plyuşenko) sifariş ediləcək. Onun orada çıxış edib-etməyəcəyinə məşqçilər qərar verəcəklər. Hər şey idmançının hazırlıq səviyyəsindən asılıdır. Biz məşqçilər heyətinin qərarını əsas götürürük".

Lukanin Aleksandr Plyuşenkonun Azərbaycan yığmasına keçidi ilə bağlı danışıqlara da aydınlıq gətirib:

"Yevgeni (Aleksandrın atası - red.) ilə 20 ildən çoxdur tanışıq, vaxtilə eyni yarışlarda çıxış etmişik. Onun oğlunun yığmamıza keçidi ilə bağlı söhbət martın sonunda yarandı. Biz də Saşa barədə məlumat topladıq, istedadlı və yaxşı potensiala malik olduğunu gördük. Bu bizim üçün maraqlıdır".

Xatırladaq ki, may ayında 13 yaşlı idmançının Azərbaycan bayrağı altında çıxış edəcəyi məlum olub və Rusiya Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi buna icazə verib. İyulun 1-də isə kiçik Plyuşenkonun ISU-dan beynəlxalq arenada Azərbaycanı təmsil etmək üçün rəsmi icazə aldığı təsdiqlənib. İdmançının atası, ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun sözlərinə görə, Aleksandr 5 il müddətinə Azərbaycanın idman vətəndaşlığını alıb.
скачать dle 11.3
Mojo.az Banner