Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı

13.05.2025 22:07 822
Rusiyalı idmançının Azərbaycan yığmasına keçidi baş tutmadı
Rusiya Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi Veronika Jilinanın Azərbaycan yığmasına keçidini təsdiqləməyib.

Oxu.az TASS-a istinadən xəbər verir ki, bunu federasiya prezidenti Anton Sixarulidze təşkilatın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlayıb.

"Bu il bir neçə keçid təsdiqlənib. Bunlar əsasən valideynləri ilə birlikdə daimi yaşayış üçün başqa ölkəyə köçən kiçik yaşlı uşaqlar olub. Heç bir yetkin idmançının keçidi baş tutmayıb. Veronika Jilina heç bir ölkəyə keçə bilməz, çünki hazırda hələ də Rusiya yığmasının üzvüdür. Biz tam olaraq başa düşmürük ki, niyə o çıxış etmir. Biz onu gözləyirik, o, əla formadadır, ona görə də Veronika Jilinaya çıxış etməyə başlamağı məsləhət görərdim. Onun böyük şansları var və o, çox istedadlı idmançıdır", - deyə Sixarulidze bildirib.

Qeyd edək ki, 16 yaşlı Veronika Jilina Yevgeni Plyuşenkonun şagirdidir. Keçən mövsüm idmançı zədə səbəbi ilə yarışlarda iştirak edə bilməyib. O, 2023-cü il Rusiya çempionatının gümüş medalçısı və 2023-cü il Qran-pri yarışının qalibidir.

Son xəbərlər