Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır

30.06.2026 20:43 225
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Qərbi Avropada həddindən artıq istilər dəmir yolu relslərinin əyilməsinə və asfaltın əriməsinə səbəb olub. Bu da qatarların gecikməsinə və ləğvinə, nəqliyyat infrastrukturunun pozulmasına və çay naviqasiyasının məhdudlaşdırılmasına səbəb olub.

Bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) sözçüsü Jan Rodrigez məlumat yayıb.

Onun sözlərinə görə, Qərbi Avropanı bürüyən şiddətli istilər iqlim risklərini, eləcə də onların nəqliyyat infrastrukturuna təsirini və nəticələrini açıq şəkildə nümayiş etdirib.

"Budur, bir neçə nümunə: bir çox ölkələrdə dəmir yolunun deformasiyası səbəbindən qatarların gecikməsi və ləğvi, sərhəd avadanlıqlarının nasazlığı, qatarların istismarında fasilələr, genişləndirilmiş relslərdə kinetik yükü azaltmaq üçün lazım olan sürətin azalması; kabellərin və siqnalizasiya avadanlıqlarının qırılması; asfaltın əriməsi və deformasiyası; şəhərlərdə tıxaclara səbəb olan svetoforların sıradan çıxması; çay naviqasiyasındakı tıxacların çaylarda nəqliyyatın hərəkətini ləngitməsi və bir çox başqa nümunələr", - deyə o, Cenevrədə keçirilən brifinqdə bildirib.

Rodrigez dərc edilmiş komissiya hesabatına istinad edərək bildirib ki, 2050-2080-ci illərdə Avropanın dəmir yolu şəbəkəsinin təxminən 90%-i getdikcə daha yüksək temperaturlara məruz qalacaq. Nəqliyyat infrastrukturu ildə əlavə 10-15 gün 25 dərəcədən yuxarı temperaturlara, bəzi bölgələr isə 200 günə qədər davam gətirməli olacaq.скачать dle 11.3
Mojo.az Banner