Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

İlin sonuna qədər Azərbaycan ilk vaksinini istehsal edəcək

30.06.2026 19:43 318
İlin sonuna qədər Azərbaycan ilk vaksinini istehsal edəcək
Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək yerli baytarlıq vaksininin istehsalına başlanılması planlaşdırılır. Bunlar quduzluq xəstəliyinə qarşı tətbiq olunacaq və tamamilə Azərbaycan istehsalı olan vaksinlərdir.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trendə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Rabisafe” adlanan bu vaksinlər Qida Təhlükəsizliyi İnstitutunun Qubadakı istehsal müəssisəsində hazırlanır:

"Gələn ildən etibarən Azərbaycan quduzluğa qarşı həm vəhşi heyvanlar, həm də ev heyvanları arasında aparılan vaksinasiyanı öz istehsalı olan preparatlarla həyata keçirəcək. Bu məqsədlə, xüsusilə vəhşi heyvanlar üçün aldadıcı yemlər vasitəsilə vaksinasiya aparılacaq. İstehsal edilən bu vaksinlər beynəlxalq standartlara tam uyğun olduğundan, gələcəkdə onların digər ölkələrə ixracı da nəzərdə tutulur".

Sədr, həmçinin bildirib ki, gələcəkdə heyvandarlıq və quşçuluq sahəsində digər preparatların da istehsalı nəzərdə tutulur.

Qoşqar Təhməzli qeyd edib ki, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan ən mühüm tədbirlərdən biri işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında dabaq xəstəliyindən azad zonaların yaradılmasıdır:

"Bu məqsədə nail olacağımız təqdirdə həmin zonalarda qeydiyyata alınmış təsərrüfatlarda dabaq əleyhinə vaksinasiya aparıldıqdan sonra istehsal olunan heyvandarlıq məhsullarının dünyanın müxtəlif ölkələrinə ixracı mümkün olacaq".скачать dle 11.3
Mojo.az Banner