Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni binadan ev və ya obyekt alanların DİQQƏTİNƏ - ALİ MƏHKƏMƏDƏN TÖVSİYƏ

30.06.2026 15:49 357
Yeni binadan ev və ya obyekt alanların DİQQƏTİNƏ - ALİ MƏHKƏMƏDƏN TÖVSİYƏ
Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, birinci instansiya məhkəməsinin hökmü ilə sökülmüş binada zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış sahələrinin əvəzində həmin ünvanda inşa edilmiş yeni binada eyni ölçüdə, tam təmirli qeyri-yaşayış sahələrinin QSC tərəfindən naturada təhvil verilməsi, bina istismara verilənədək aylıq 1 200 manat məbləğində icarə haqqının ödənilməsi qərara alınıb:

"Sonradan zərərçəkmiş şəxs hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Ərizədə göstərilib ki, hökm yeni binada təhvil veriləcək qeyri-yaşayış sahələrinin konkret yerləşdiyi yer, istiqaməti və digər xüsusiyyətlərini müəyyən etmədiyindən bu hal icra mərhələsində müxtəlif yanaşmalara və zərərçəkmiş şəxsin hüquqlarının tam bərpa olunmamasına səbəb ola bilər.

Birinci instansiya məhkəməsi hökmün kifayət qədər aydın olduğunu bildirərək ərizəni təmin etməyib, apellyasiya instansiyası da həmin qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə isə qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsində cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarının izah edilməsini birbaşa tənzimləyən norma nəzərdə tutulmasa da, CPM-in 179.2-ci maddəsinə əsasən belə hallarda Mülki Prosessual Məcəllənin müvafiq normaları tətbiq oluna bilər. Məhkəmə vurğulayıb ki, MPM-in 230.1-ci maddəsi işə baxmış məhkəməyə qəbul etdiyi və ləğv edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etmək səlahiyyəti verir. Bu institutun məqsədi qərarı dəyişdirmək deyil, onun düzgün başa düşülməsini və qanunauyğun icrasını təmin etməkdir.

Ali Məhkəmənin mövqeyinə görə, cinayət işi çərçivəsində baxılmış mülki iddia üzrə qəbul edilmiş qərarın icrası zamanı qeyri-müəyyənlik yaranarsa və ya belə ehtimal mövcud olarsa, həmin qərarın izah edilməsi hüquqi müəyyənliyin təmin olunmasına və məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edir.

Məhkəmə xüsusi olaraq vurğulayıb ki, naturada zərərin əvəzinin ödənilməsi yalnız əmlakın sahəsinin eyni olması ilə məhdudlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin mənasına görə, zərərçəkmiş şəxsin əvvəlki hüquqi vəziyyəti mümkün qədər bərpa edilməlidir. Buna görə də təqdim ediləcək əmlakın funksional təyinatı, istifadə imkanları və iqtisadi dəyəri də nəzərə alınmalıdır. Əks yanaşma məhkəmə qərarının formal icrasına səbəb ola bilər, lakin zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının real bərpasını təmin etməz. Qeyd edilib ki, hökmün mülki iddiaya dair hissəsində bu məsələlərin konkretləşdirilməməsi icra mərhələsində ziddiyyətli yanaşmalara səbəb ola və mülkiyyət hüququnun səmərəli müdafiəsini çətinləşdirə bilər. Belə hallarda qərarın izah edilməsi məhkəmə aktının məzmununun dəyişdirilməsi deyil, onun düzgün icrasının təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir.

Ali Məhkəmə yekunda belə nəticəyə gəlib ki, zərərçəkmiş şəxsin hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə müraciəti qanuna uyğundur və əsassız hesab edilə bilməz".

Son xəbərlər