Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu dərmanlar bazardan dərhal yığışdırılır - RƏSMİ

29.06.2026 20:01 351
Bu dərmanlar bazardan dərhal yığışdırılır - RƏSMİ
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədə dərman vasitələrinin dövriyyəsi, təhlükəsizliyi və keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı rəsmi açıqlama yayıb.

"Dərman vasitələri haqqında" Qanuna əsasən, bəzi istisna hallar xaric, dövlət qeydiyyatına alınmayan preparatların idxalı, istehsalı və satışı qəti qadağandır. Yeni bir dərmanın ölkə bazarına daxil olması üçün istehsalçı və ya onun rəsmi nümayəndəsi AEM-ə müraciət etməlidir. Yalnız ciddi laborator sınaqlardan keçən preparatlar Dərman Vasitələrinin Dövlət Reyestrinə daxil edilir və bu siyahı ictimaiyyət üçün tam açıqdır.

Mərkəzin nəzdində fəaliyyət göstərən beynəlxalq standartlı (GLP, ISO) laboratoriya təkcə yeni idxal olunan məhsulları deyil, həm də vətəndaşların müraciətləri əsasında şübhə doğuran bütün dərmanları yoxlayır. Eyni zamanda, apteklərdə, topdansatış mərkəzlərində və özəl xəstəxanalarda mütəmadi olaraq planlı və plandankənar yoxlamalar aparılır.

Bundan əlavə, dərman təhlükəsizliyini təmin etmək məqsədilə son illər tətbiq olunan "Dərman vasitələrinin təqib və izləmə sistemi" "Elektron resept" layihəsi ilə inteqrasiya edilib:

"Bu rəqəmsal nəzarət sistemi sayəsində daxta və qeydiyyatsız dərmanların satışı dərhal bloklanır, preparatların zavoddan aptek rəfinə qədər olan hərəkəti real vaxt rejimində izlənilir və hər hansı bir dərmanda qüsur tapılarsa, onun bazardan operativ geri çağırılması təmin olunur. Həmçinin ölkədə aktiv farmakonəzarət sistemi fəaliyyət göstərir. Əgər hər hansı bir preparatın vətəndaşlarda gözlənilməz əlavə təsiri qeydə alınarsa, həmin dərman təcili olaraq dövriyyədən çıxarılır və bu barədə ictimaiyyətə məlumat verilir".

Analitik Ekspertiza Mərkəzi vətəndaşları özəl tibb müəssisələri və apteklərdə qarşılaşdıqları qanunsuzluqlar, o cümlədən şübhəli və qeydiyyatsız dərmanlarla bağlı aktiv olmağa çağırıb. (Modern.az)

Son xəbərlər