Mojo.az — elanlar
Son Xəbərlər
21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı

27.06.2026 20:45 312
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanunu imzalayıb.

Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Yeni qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq üçün müraciət haqqı 4 200 rubldan 50 min rubla yüksəldilib. Beləliklə, vətəndaşlıq üçün dövlət rüsumu təxminən 12 dəfə artırılıb.

Bundan başqa, müvəqqəti yaşayış icazəsi üçün müraciət haqqı 1 920 rubldan 15 min rubla, daimi yaşayış icazəsi üçün ödəniş isə 6 min rubldan 30 min rubla çatdırılıb.

Qanuna əsasən, xarici işçilər üçün iş icazəsinin verilməsi ilə bağlı rüsum da artırılaraq hər bir mütəxəssis üçün 15 min rubl müəyyən edilib.

Eyni zamanda, bəzi kateqoriyadan olan şəxslər bu ödənişlərdən azad ediləcəklər. Keçmiş SSRİ vətəndaşları və həmvətənlərin Rusiyaya köçürülməsi üzrə dövlət proqramının iştirakçıları vətəndaşlıq üçün rüsum ödəməyəcəklər.

Həmçinin, Rusiya üçün xüsusi əhəmiyyət daşıyan şəxslər və onların ailə üzvləri müvəqqəti və daimi yaşayış icazələri üçün dövlət rüsumlarından azad olunacaqlar. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlayan əcnəbi vətəndaşlar da vətəndaşlıq və yaşayış icazələrinin rəsmiləşdirilməsi zamanı rüsum ödəməyəcəklər. //milli.az

Son xəbərlər