Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?

27.06.2026 20:29 243
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
İyunun 24-də bir sıra bankların kart sistemində baş verən texniki nasazlıq cəmiyyətdə nağdsız ödənişlərin etibarlılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə pensiya alan və kart hesablarında vəsaitin müvəqqəti silindiyini görən vətəndaşların narazılığı, insanların bank sisteminə etimadına təsir edə biləcəyi ilə bağlı suallar yaradıb.

Bu hadisədən sonra insanların bank kartlarına etimadı zəifləyə və nağd pula üstünlük arta bilərmi? Vətəndaşların vəsaitlərini bank hesablarından çıxarıb evdə saxlamaq meyli yarana bilərmi?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, bank sistemində texniki nasazlıqlar və vətəndaşların narazılığına səbəb olan hallar mütəmadi olaraq yaşanır:

“Qeyri-statistik müşahidələr göstərir ki, orta və aşağı gəlirli şəxslər vəsaitlərini daha çox kart hesablarında saxlayırlar. Belə nasazlıqların təkrarlanması isə məhz bu kateqoriyadan olan vətəndaşları kartlardan istifadədən imtinaya sövq edir. Başqa bir məqam da var. Məsələn, sosial yardım alan və ya müəyyən məbləğdə vəsaiti olan bəzi şəxslər yığımlarını kart hesabında saxlamırlar. Çünki hesab edirlər ki, dövlət həmin vəsaiti sistem üzərindən müşahidə edə və bu səbəbdən sosial yardımı dayandıra bilər”.

İqtisadçı bildirib ki, bankların kəşbek bonuslarını ləğv etməsi, kartlara görə xidmət haqqının tətbiqi, hesabdan nağd vəsait çıxarılmasına limit qoyulması, kartdan-karta köçürmələr zamanı yüksək komissiyaların tutulması və digər amillər artıq vətəndaşları kartlardan istifadədən uzaqlaşdırır:

“Vətəndaşların vəsaitlərini bank hesablarından çıxarıb evdə saxlamaq meyli isə artıq xeyli vaxtdır var. Sadəcə müəyyən qisim vətəndaş pulunu təhlükəsizlik baxımından və ya nağd şəkildə daha çox xərcləməmək, yığımını qorumaq məqsədilə kart hesabında saxlayır. Diqqət etsək, korrupsiya faktlarının araşdırılması zamanı, eləcə də oğurluq hadisələrində bəzi evlərdən külli miqdarda nağd pulun aşkar edildiyini görərik. Bu vəsait niyə bank hesablarında saxlanılmırdı? Digər tərəfdən, kart oğurluğu və ya texniki nasazlıq nəticəsində zərərçəkən vətəndaşların hansı səbəbdən 300-500 manat itirməsi də sual doğuran məqamlardandır. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da açıqlamalarının birində dövriyyəyə cəlb olunmayan, yəni “yastıq altında” saxlanılan milyonlarla manat vəsaitin mövcud olduğunu bildirib”.скачать dle 11.3
Mojo.az Banner