Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Diabet ən çox bu qan qrupu olanlarda tapılır

26.06.2026 21:06 354
Diabet ən çox bu qan qrupu olanlarda tapılır
Alimlər şəkərli diabet riskinin ən yüksək olduğu qan qrupunu açıqlayıblar.

Aparılan çoxsaylı araşdırmalar nəticəsində qan qrupu ilə şəkərli diabet xəstəliyi arasında birbaşa əlaqə müəyyən edilib.

"BMC Medicine" jurnalında dərc olunan elmi işin nəticələrinə görə, ikinci qan qrupuna (B qrupu) sahib olan şəxslər, rezu-faktordan asılı olmayaraq, digərlərinə nisbətən bu xəstəliyə daha çox meyllidirlər.

Mütəxəssislər bu qənaətə gəlmək üçün 50-dən çox sistemli icmalı və müxtəlif xəstəliklərlə qan qrupları arasındakı 270-dən çox ehtimal olunan əlaqəni analiz ediblər. Aparılan genişmiqyaslı yoxlamalardan uğurla keçən və elmi cəhətdən tam təsdiqini tapan yeganə fərziyyə məhz ikinci qan qrupu ilə diabet arasındakı bağlılıq olub.

Bununla belə, ekspertlər qan qrupunun yeganə və həlledici faktor olmadığını vurğulayırlar. Onların rəyinə görə, xəstəliyin qarşısını almaqda düzgün qidalanma rejimi, fiziki aktivlik və bədən çəkisinə nəzarət etmək qan qrupundan qat-qat daha mühüm rol oynayır.

Son xəbərlər