Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib |
Mojo.az Avto
Mojo.az Avto

Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir

14.11.2024 19:27 1 608
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir. 2007-ci ildən həmin gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib.

Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq mümkündür. Hazırda şəkərli diabet ateroskleroz və xərçənglə yanaşı, dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir.

“The Lancet” elmi jurnalında dərc edilən məqaləyə əsasən, son vaxtlar dünyada şəkərli diabet xəstələrinin sayı 800 milyonu keçib ki, bu da 1990-cı illə müqayisədə 4 dəfə çoxdur.

London İmperial Kollecinin (Böyük Britaniya) professoru Məcid Ezzatiki bildirib ki, aşağı və orta gəlirli ölkələrdə şəkərli diabetin müalicəsində irəliləyiş faktiki olaraq dayanıb, diabetlə yaşayan insanların sayı isə sürətlə artır: “Bu ölkələrdə şəkərli diabetdən əziyyət çəkən insanların çoxu gəncdir. Odur ki, diabet uzun müddət müalicə olunmazsa insan ürək xəstəliyi, amputasiya, böyrək zədələnməsi, görmə itkisi və ölüm riski ilə üzləşir”.

“NCD-RisC” layihəsi çərçivəsində bir qrup alim 1990-2022-ci illər arasında 140 milyon kişi və qadının iştirakı ilə 131 ölkədə aparılan 1100-dən çox elmi araşdırmanın nəticələrini birləşdirib. Məlum olub ki, son otuz ildə şəkərli diabetdən əziyyət çəkənlərin sayı iki dəfə artıb (6,8%-dən 14,3%-ə). Nəticədə xəstəliyin 1 və ya 2 tipinin ümumi sayı 1990-cı ildəki 198 milyondan 2022-ci ildə 828 milyon nəfərə yüksəlib.

Bu artımın böyük hissəsi Yaxın Şərq, Cənub və Cənub-Şərqi Asiya və Latın Amerikasının payına düşüb. Mütləq ifadə ilə ən çox şəkərli diabet xəstəsi, təxminən 212 milyon insan Hindistanda, daha 148 milyon diabet xəstəsi isə Çində yaşayır. Liderlər arasında ABŞ (42 milyon), Pakistan (36 milyon), İndoneziya (25 milyon) və Braziliya (22 milyon) da var.

Qərbi Avropanın inkişaf etmiş ölkələrində, Yaponiyada, Kanadada, eləcə də Saharadan cənubda yerləşən bəzi Afrika ölkələrində (Malavi, Keniya, Uqanda və Ruanda) diabetin ən az yayıldığı müşahidə edilib. Diabetli insanların 59%-i, təxminən 450 milyon insan lazımi müalicə almır.

Azərbaycanda da diabet xəstəliyinin əsas səbəbi azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir. Hazırda ölkəmizdə şəkərli diabet xəstələrinin sayı 300 mindən çoxdur. Əvvəllər qanda qlükozanın miqdarı 1 litrdə 6,6 millimoldan çox olanlar diabet xəstəsi hesab edilirdi. İndi isə qanda qlükozanın miqdarının 3,3-5,5 millimola qədər olması norma hesab edilir.

Son xəbərlər