Mojo.az Banner
18:34 Bakıda güclü yanğın başlayıb  |     18:29 Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi  |     18:24 Bakıda oteldə iş yoldaşını öldürən şəxsə 11 il 6 ay həbs cəzası verilib  |     18:21 Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO  |     17:55 Banqladeşin yeni prezidenti bəlli oldu  |     17:46 İnsanlarda qorxu hissi necə yaranır?  |     17:37 Dünyanın ən bahalı futbol klublarının yeni reytinqi açıqlandı  |     17:32 Azərbaycanda müəllim VƏFAT ETDİ  |     17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |     16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |     16:35 Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq  |     16:25 Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək  |     16:15 Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR  |     15:55 Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən öldü  |     15:45 Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi  |    
Left Banner
Right Banner

Devid Kleyton-Tomas vəfat etdi

26.06.2026 14:24 450
Devid Kleyton-Tomas vəfat etdi
ABŞ-nin "Blood, Sweat & Tears" qrupunun solisti, kanadalı müğənni Devid Kleyton-Tomas ömrünün 85-ci ilində dünyasını dəyişib.

Bu barədə məlumatı CBC telekanalı yayıb.

Bildirilib ki, sənətçinin vəfat etdiyini onun PR meneceri təsdiqləyib. Musiqiçi 1968-ci ilin sonunda "Blood, Sweat & Tears" qrupunun tərkibində çıxış edərkən məşhurluq qazanıb. Qrupun "You've Made Me So Very Happy", "Spinning Wheel" və "And When I Die" kimi sinqlları "Billboard" reytinqində ikinci pilləyə qədər yüksələ bilmişdi. 1970-ci ilin mart ayında isə kollektiv "İlin albomu" nominasiyasında "Qremmi" mükafatına layiq görülüb.

Kleyton-Tomas 1972-ci ildən etibarən qrupdakı fəaliyyəti ilə yanaşı, solo karyerasına da başlayıb. O, 1996-cı ildə Kanada musiqisinin Şöhrət Zalına daxil edilib, 2010-cu ildə isə Torontodakı "Şöhrət xiyabanı"nda sənətçinin adlı ulduzu qoyulub.скачать dle 11.3
Mojo.az Banner