Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əfsanəvi amerikalı müğənni vəfat etdi

30.09.2024 12:45 2 076
Əfsanəvi amerikalı müğənni vəfat etdi
ABŞ-li kantri müğənnisi və aktyoru, "Qremmi" və "Qızıl qlobus" mükafatlarının sahibi Kris Kristofferson 88 yaşında vəfat edib.

Bu barədə Median.Az BBC.com-a istinadən xəbər verir.

22 iyun 1936-cı ildə Texasda anadan olan Kristofferson "Sunday Morning Coming Down", "Me And Bobby McGee", "Help Me Make It Through The Night" və başqa bu kimi hitləri ilə tanınır.

O, onilliklər ərzində solo ifa edib, 1980-ci illərin ortalarında isə Conni Keş, Veylon Ceninq və Villi Nelson ilə birlikdə "The Highwaymen" superqrupunu yaradıb.

Kristofferson, həmçinin, böyük ekranda da görünüb və 1976-cı ildə ekranlara çıxan və 1937-ci ildə çəkilmiş eyniadlı filmin remeyki olan "Ulduz doğuldu" filmində Barbra Streyzandla birlikdə rol alıb. Bu rola görə o, "Qızıl qlobus" mükafatına layiq görülüb.

Musiqiçi, həmçinin, 1972-ci, 1974-cü və 1975-ci illərdə üç dəfə "Qremmi" mükafatı qazanıb, 2004-cü ildə isə "Country Music Hall of Fame"in (Kantri musiqisinin şöhrət zalı) üzvü olub.скачать dle 11.3
Mojo.az Banner