Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı

25.06.2026 22:42 420
Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı
Bakıda qaçırdığı "London Taksi"ni Binəqədi Rayon İcra Hakimiyyətinin həyətində saxlayan şəxs həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Qazaxıstan Respublikasının Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı F.H. barəsində Cinayət Məcəlləsinin 177.2.4 və 185.2.2-ci maddələri ilə açılan cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi ilə hərəkət etdiyi zaman "Niva" markalı "BL" dövlət qeydiyyat nişanlı maşının qapısının və baqajının açıq vəziyyətdə olduğunu, küçədə heç kimin olmadığını görərək avtomobilə əyləşib və onu işə salıb. 500 metr irəliyə sürdükdən sonra maşının oturacağının üzərində olan gödəkcənin cibindən 5280 manatı götürüb.

Hadisədən bir neçə gün sonra axşam saatlarında F.H. narkotik vasitənin təsiri altında Xətai rayonunda yol kənarında dayanmış tünd bənövşəyi rəngli "London Taksi" markalı, "NV" nömrə nişanlı avtomobili hərəkətə gətirərək Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən Binəqədi Rayon İcra Hakimiyyətinin yanına sürüb. Təsiqləndirilən şəxsin yaşadığı ev sözügedən ərazidə olduğundan avtomoboli həmin əraziyə aparıb.

Məhkəmənin hökmü ilə ona 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər