Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş nazirdən daha bir qərar

22.06.2026 21:48 342
Baş nazirdən daha bir qərar
Nazirlər Kabineti "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası"nı təsdiqləyib.

Median.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq ortamüddətli dövr üçün hədəf östəricilərinin müəyyən edilməsi qaydasını tənzimləyir.

Qaydanın məqsədi fiskal dayanıqlığın təmin edilməsi, dövlət maliyyəsinin uzunmüddətli sabitliyinin qorunması, proqnoz xətalarının azaldılması, makroiqtisadi proqnozlarla fiskal siyasət qərarlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin olunmasıdır.

Qayda ilə müəyyən edilən ortamüddətli dövr üçün hədəf göstəriciləri indikativ xarakter daşıyır və dövlət büdcəsinin gəlirlərinin ortamüddətli dövr üçün proqnozlaşdırılmasında, real sektora tətbiq edilən fiskal güzəştlərin miqyasının müəyyən edilməsində, büdcə-vergi siyasətinin əsaslandırılmasında istifadə olunur, büdcə qaydasının əsas parametrləri üzrə müəyyən edilmiş yuxarı hədləri əvəz etmir.//sfera.az

Son xəbərlər