Mojo.az Banner
23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |     22:39 Tələbə adını qazananların DİQQƏTİNƏ  |     22:33 Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO  |     22:28 “iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq  |     22:20 Attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO  |     22:15 Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq  |     22:07 Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı  |     22:02 Azərbaycanın bu kəndində 150 min adam yaşayır  |     21:56 Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI  |     21:44 Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib  |     21:38 İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi  |     21:31 Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb  |     21:28 Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb  |     21:24 Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO  |     21:12 Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK  |     21:00 Oğurluqda təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək  |     20:52 İnterpolun axtarışında olan azərbaycanlı Ukraynadan ölkəmizə ekstradisiya ediləcək  |    
Left Banner
Right Banner

Tələbələrə müjdə - Bu məbləğ artırıla bilər

22.06.2026 21:40 258
Tələbələrə müjdə - Bu məbləğ artırıla bilər
"Gələcəkdə təhsil tələbə kreditlərinin verilməsi zamanı ixtisaslar üzrə diferensial yanaşma tətbiq edilə bilər".

Median.Az
xəbər verir ki, bu sözləri Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov AzEdu.az-a müsahibəsi zamanı qeyd edib.

Fond rəhbəri qeyd edib ki, təhsil kreditlərinə maraq ildən-ilə artır:

"Vətəndaşlar artıq təhsil kreditlərinin üstünlüklərini daha yaxşı anlayır və bu da müraciətlərin sayında özünü göstərir. Kreditlərə müraciət və rəsmiləşmədə artan dinamikanı hiss edirik. Vətəndaşlar başa düşürlər ki, öz vəsaiti hesabına təhsil haqqını ödəməkdənsə, təhsil kreditindən istifadə edib vəsaitlərini digər istiqamətlərə yönəldə bilərlər".

B.Əzimovun sözlərinə görə, mövcud təhsil kreditlərinin şərtləri digər maliyyə alətləri ilə müqayisədə daha əlverişlidir:

"Əgər standart təhsil kreditlərini ipoteka kreditləri ilə müqayisə etsək, faiz dərəcəsi 6 faiz təşkil edir. Həm faiz dərəcələrinə, həm də geriödəmə müddətinin uzunluğuna baxdıqda kifayət qədər uyğun şərtlərin olduğunu görürük".

Fondun sədri hazırda bütün ixtisaslar üzrə kredit verildiyini vurğulayıb. O bildirib ki, gələcəkdə müəyyən ixtisaslar üzrə fərqli yanaşmalar tətbiq oluna bilər:

"Hazırda təhsil tələbə kreditləri üzrə hər hansı ixtisas istiqaməti üçün kredit məbləğinə limit tətbiq edilmir və kreditlər bütün ixtisaslar üzrə təhsil haqqının məbləğinə uyğun olaraq təqdim edilir. Bununla belə, gələcəkdə bu məsələyə yenidən baxılması istisna edilmir. Diferensial yanaşmanın tətbiqi halında əmək bazarında daha çox tələbat olan ixtisas istiqamətləri üzrə fərqli yanaşmaların nəzərdə tutulması mümkün ola bilər."

Bununla belə, Bəhruz Əzimov hazırkı mərhələdə təhsil kreditlərinin şərtlərinin dəyişdirilməsinin gündəmdə olmadığını bildirib:

"Təhsil tələbə kreditləri gənclərin təhsilə çıxış imkanlarının genişləndirilməsinə xidmət edən mühüm sosial dəstək mexanizmi olduğundan, dövlət bu sistemin əlçatanlığının və davamlılığının qorunmasına xüsusi önəm verir. Təhsil tələbə kreditlərinin bütün ixtisaslar üzrə təqdim olunması davam etdirilir və bu istiqamətdə hər hansı dəyişiklik indiki halda nəzərdə tutulmur".скачать dle 11.3
Mojo.az Banner