Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rafael Fiziyev Bakıda

20.06.2026 15:29 447
Rafael Fiziyev Bakıda
Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib.

Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıb.

O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib: “Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib və məsuliyyətli döyüş gözləyir. Özümü əla hiss edirəm, motivasiyam yüksəkdir və tam hazıram. Hazırda bütün diqqətim döyüşə yönəlib və səbirsizliklə oktaqona çıxacağım anı gözləyirəm. Şənbə günü azarkeşləri möhtəşəm döyüş gözləyir. Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır. Bu dəfə də fərqli olmayacaq".

O, rəqibini incələdiklərini vurğulayıb: "Rəqibimin döyüşlərini birinci raundda başa vurması ilə bağlı söhbətlərə gəlincə, MMA-da hər şey bir anın içində dəyişə bilər. Bir zərbə, bir səhv bütün döyüşün taleyini həll edə bilər. Rəqibim aqressiv üsluba malikdir, daim irəli gedir və zərbələrinə tam gücünü qoyur. Son döyüşlərinin bir neçəsini ilk raundda başa vurub. Amma bu mənim hazırlığıma və yanaşmama təsir etmir. Oktaqonda hər şey mümkündür. Bu döyüşə gedən yol uzun olub. İllərlə çalışmışıq və indi bütün zəhmətin bəhrəsini göstərmək vaxtıdır. Bütün azarkeşlərimizi arenaya dəvət edirəm. Sizin dəstəyiniz bizə əlavə güc verir. İnanıram ki, tribunaların enerjisini hiss edərək Azərbaycanı layiqincə təmsil edəcəyik. Şənbə günü birlikdə möhtəşəm atmosfer yaradaq”.

Qeyd edək ki, turnir 27 iyunda Milli Gimnastika Arenasında baş tutacaq. Əsas döyüşdə, yüngül çəki dərəcəsində Rafael Fiziyev və Manuel Torres (Meksika) oktaqonda üz-üzə gələcəklər.

Son xəbərlər