Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu |
Mojo.az Avto
Mojo.az Avto

Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq

19.06.2026 22:16 555
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bakıda qadına qarşı dələduzluq edən ər-arvad zərərçəkmiş şəxsə pulu qaytarmamaq üçün film kimi plan qurublar.

Xitab24.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Məlum olub ki, Vidadi Veysəlovla arvadı Vüsalə Veysəlova "TikTok"da canlı yayım açaraq özlərini imkansız ailələrə yardım edən şəxslər kimi göstəriblər. Bu zaman onların toruna Nəzakət Həsənli düşüb. Həmin "TikTok" hesabına yazan Nəzakət yardım etmək istədiyini, təqdim olunan karta 20 manat göndərmək fikrində olduğunu bildirib.

Beləliklə, onların arasında dostluq münasibəti yaranıb. Amma Vidadi ilə Vüsalə özünü Nəzakətə bacı-qardaş kimi təqdim edib.

Günlərin birində isə Vüsalə Nəzakətə zəng edərək Vidadinin başına iş gəldiyini, təcili 1700 manata ehtiyacı olduğunu bildirib. Qadın borc taparaq Vüsaləyə həmin pulu göndərib, bir müddət sonra məbləği geri istəyəndə isə cütlük Nəzakətə qarşı plan qurub.

Onlar Nəzakəti evə dəvət edərək, pulu verəcəyini bildirib. Onun üçün tort da hazırlanıb. Ən maraqlısı odur ki, bu inanılmaz plana cütlüyün azyaşlı övladı da daxil edilib. Belə ki, Nəzakəti daha da inandırmaq üçün valideynləri uşağa öz atasına "dayı" deməsini öyrədib.

Tort kəsilən zaman isə özünü bacı kimi təqdim edən Vüsalə ərinin Nəzakətlə mehriban davranmasına, tortu sözdə qardaşı ilə birgə kəsməsinə şərait yaradaraq onların videosunu lentə alıb. Bu video isə evli olan Nəzakətin şantaj edilməsi üçün onların əlində əsas vasitəyə çevrilib.

Həmin gün aldığı pulu geri qaytarmayan cütlük, borcu daha sonra verəcəklərini bildiriblər. Bundan sonra Vidadi Nəzakətlə daha yaxından maraqlanmağa, onunla mehriban davranmağa başlayıb. Vidadi bir müddət sonra işə düşdüyünü, təcili 15 min manata ehtiyacı olduğunu bildirib. Qadın pulunun olmadığını desə də, Vidadi şantaj, hədə-qorxu üsuluna keçib. O, vatsapla Nəzakətə tapança, bıçaq şəkilləri ataraq, qadını öldürməklə hədələyib. Bundan başqa, o, pulu verməyəcəyi təqdirdə, tortu birgə kəsdikləri videonu ərinə göndərəcəyini deyib və nəticədə zərərçəkəndən bu üsulla 10 min manat almağı bacarıb.

Nəzakət hədə-qorxuların davam etdiyini gördükdən sonra polisə məlumat verib. Təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub. Ötən günlərdə başa çatan məhkəmədə ərlə arvada hökm oxunub. Hökmə əsasən, Vidadi Veysəlov 7 il 6 ay, arvadı Vüsalə Veysəlova isə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər