Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda küçədə arvadını bıçaqlayan ərin dəhşətli əməli - VİDEO

02.03.2020 18:36 2 354
Bakıda küçədə arvadını bıçaqlayan ərin dəhşətli əməli - VİDEO
Сinayətlə bağlı yeni faktlar ARB TV-də yayımlanıb.

ARB TV-nin "Kriminal" verilişində cinayətin baş vermə anı təqdim olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü A.İsmayılov 2013-cü ildən Nəzakət Məmmədova ilə faktiki ər-arvad kimi yaşayıb.
Aralarındakı münasibətlərin pozulmasına görə qadın dəfələrlə ondan polisə şikayət edib.

Axırıncı dəfə 2019-cu il mayın 7-də Nəzakət Məmmədova Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən fərdi evdən oğurluq edilməsinə görə DİN-in "102 xidməti”nə məlumat verib və ondan şübhələndiyini bildirib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə dəvət olunmasından hiddətlənən A.İsmayılov mayın 8-də Nəzakət Məmmədovanın işlədiyi "ZOO Mağaza”ya gəlib. Mağazanın həyətində onların arasında mübahisə yaranıb və A.İsmayılov bıçaqla qadına hücum edərək əvvəl ayaqüstə, sonra yerə yıxılmış vəziyyətdə bədən səthinə ardıcıl zərbələr vurub.

Təcili tibbi yardım briqadası Nəzakət Məmmədovanı vaxtında 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırdığından onun həyatını xilas etmək mümkün olub.

Həmin gün A.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, əvvəllər məhkum olunan şəxs Nəzakət Məmmədovadan əvvəl iki dəfə evli olub.

Son xəbərlər