Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? - Video

19.06.2026 21:22 618
Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? - Video
Azərbaycanda orqan donorluğu mövzusu yenidən gündəmə gəlib. Buna səbəb bir neçə gün əvvəl avtomobil qəzasında həyatını itirən gənc qadının orqanlarının bağışlanması nəticəsində altı nəfərə yeni həyat şansının verilməsi olub.

Baku TV-nin məlumatına görə, hadisə cəmiyyətdə orqan bağışlanmasına münasibətləri yenidən müzakirəyə çıxarıb.

Vətəndaşların bir qismi orqan donorluğunu müsbət qiymətləndirərək bunun başqa insanlara həyat bəxş etdiyini bildirirlər.

Onların fikrincə, insan dünyasını dəyişdikdən sonra orqanlarının torpaqda çürüməsi əvəzinə ehtiyacı olanlara bağışlanması daha faydalıdır.

"Oğlum deyir ki, mən öləndə orqanlarımı bağışlayarsan. Qoy torpaqda çürüməsin, kimsə ondan istifadə etsin. Məni görmək istəyəndə gedib həmin insanları görərsən", - deyə vətəndaşlardan biri qeyd edib.

Transplantoloqlar bildirirlər ki, 18-65 yaş arası sağlam şəxslər orqan donoru ola bilərlər.

"Canlı donordan əsasən böyrək və qaraciyərin bir hissəsi götürülür. Beyin ölümü baş vermiş şəxslərdən isə uyğun olduğu halda bir neçə orqanın transplantasiyası mümkündür", - deyə tibb elmləri doktoru Rəşad Şolan əlavə edib.

Mütəxəssislər vurğulayırlar ki, orqan transplantasiyası ağır xəstəliklərdən əziyyət çəkən minlərlə insan üçün yeganə çıxış yoludur. Lakin donor sayının azlığı səbəbindən bir çox xəstələr uzun müddət növbə gözləməli olurlar. Qeyd edək ki, hazırda Azərbaycanda orqan donoru olmaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək və ya onlayn qeydiyyatdan keçərək donor kimi qeydiyyata düşə bilərlər.
скачать dle 11.3
Mojo.az Banner