Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Fuad Nəcəfliyə yüksək vəzifə verildi

19.06.2026 18:25 381
Fuad Nəcəfliyə yüksək vəzifə verildi
Ötən il vəzifəsindən azad edilən Fuad Nəcəfliyə yeni vəzifə verilib.

Median.Az Tribuna.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi çalışmış sözügən şəxs Azərbycanın aparıcı neft-kimya şirkəti olan STP Şirkətlər Qrupunda yeni posta sahiblənib.

Belə ki, o, şirkətin rəhbərinin müşaviri təyin olunub. Məlumatda deyilir ki, yeni təyinat bu günlərdə gerçəkləşib.

Xatırladaq ki, Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad ediləndən sonra onunla bağlı çeşidli məlumatlar yayılmışdı. Hətta Nəcəflinin barəsində cinayət işinin açıldığı iddia olunurdu.

Məlumat üçün bildirək ki, STP Şirkətlər Qrupu – enerji, inşaat, neft-qaz və kənd təsərrüfatı sektorları üçün məhsullar istehsal edən ixtisaslaşmış zavodları birləşdirən böyük sənaye kompleksidir.
 
скачать dle 11.3
Mojo.az Banner