Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |    
Mojo.az Avto
Mojo.az Avto

Malların gömrük dəyəri manatla bəyan ediləcək

19.06.2026 14:37 411
Malların gömrük dəyəri manatla bəyan ediləcək
Milli Məclisdə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb.

Qanun layihəsinə əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilir, mövcud anlayışlar isə yenilənir, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilir.

Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilir. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid ediləcək.

Dəyişikliklərlə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulur.

Qanun layihəsində “gömrük brokeri” anlayışının “dolayı gömrük təmsilçisi” ilə əvəz olunması, bu fəaliyyət üçün lisenziya tələbinin ləğvi və müvafiq reyestr sisteminin yaradılması da əksini tapıb. Eyni zamanda, birbaşa gömrük təmsilçiliyinin tətbiqi genişləndirilir.

Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılır, daşıyıcıların dairəsi genişləndirilir və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulur.

Dəyişikliklər həmçinin “Səlahiyyətli İqtisadi Operator” institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və “Yaşıl Dəhliz” sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir.

Layihədə elektron ticarətin inkişafı nəzərə alınaraq sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsi və rəsmiləşdirilməsi qaydaları da ayrıca tənzimlənir. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların müvəqqəti saxlanması ilə bağlı yeni normalar müəyyənləşdirilir.

Qanunun qəbulunun idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına, yükdaşımaların sürətlənməsinə, risklərin avtomatlaşdırılmış idarə edilməsinin təkmilləşdirilməsinə və xarici ticarətin daha da asanlaşdırılmasına xidmət edəcəyi bildirilir. Bundan əlavə, dəyişikliklərin gömrük nəzarəti və rəsmiləşdirilməsində şəffaflığın artırılmasına, vaxt itkisinin azaldılmasına və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanır.
//unikal.az

Son xəbərlər