Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Zaqatalada minik avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR

19.06.2026 12:50 588
Zaqatalada minik avtomobilləri toqquşdu - XƏSARƏT ALAN VAR
Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Şəki-Yevlax-Zaqatala-Gürcüstan magistral avtomobil yolunun 132-ci kilometrliyində qeydə alınıb.

Belə ki, saat 22:00-da 08-BK-753 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 99-XD-407 dövlət qeydiyyat nişanlı "Opel" markalı maşın toqquşub.

Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 36 yaşlı Ramiz Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər