Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO

23.08.2024 22:30 3 150
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, avqustun 23-də saat 18 radələrində Zaqatala rayonu ərazisində “Opel” markalı avtomobil “BMW” ilə toqquşduqdan sonra ağaca çırpılıb.

Nəticədə “Opel” də olan sərnişinlər;1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonu Muxax kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “BMW” markalı 62 BP 419 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Əliabad qəsəbə sakini olan qadın sürücünün idarə etdiyi “Opel” markalı 99 SF 186 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Qəzadan sonra “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. “Opel” markalı avtomobilin sərnişinləri rayonun Əliabad qəsəbə sakinləri olan ar və arvad aldığı müxtəlif dərəcəli ağır xəsarətlərdən hadisə yerində ölüblər.

“Opel” markalı avtomobilin sürücüsü və maşında olan daha iki nəfərin xəsarət aldığı bildirilir. Əldə olunan məlumata görə, “Opel” markalı avtomobildə olan şəxslər rayonun Muxax kəndinə qonaq gedirlərmiş.

Qəza zamanı həyatını itirən şəxslərin ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyitlər Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Hazırda ölən şəxslərin və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu “Şimşək” adlanan ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Baş vermiş qəza zamanı iki nəfər hadisə yerində ölüb və yaralıların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.






Son xəbərlər