Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

18.06.2026 22:42 387
Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı
Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.

Qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub.

İttiham aktına görə, Həmid Bəkirov özünü yüksək vəzifəli şəxslərlə əlaqəli şəxs kimi təqdim edərək, zərərçəkənə işini düzəldəcəyini vəd verib. Bunun üçün ondan 2000 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. O, aldığı pulun 500 manatını qaytarsa da, yerdə qalanını verə bilməyib.

Zərərçəkənin şikayəti əsasında Həmid Bəkirov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi açılıb.

Zərərçəkən Şöhrət Abbasovun (ad və soyad şərtidir) sözlərinə görə, təqsirləndirilən şəxslə atası İsmayıllıya gedərkən yolda tanış olublar. Belə ki, səfər zamanı avtomobildəkilər yaxşı görkəmdə olan Həmidə “əmi” deyə müraciət ediblər. Yolda ikən atası onun problemini Həmidə danışıb. Həmid də Bakıda olanda onunla “İnşaatçılar” metrostansiyası yaxınlığında görüşüblər.

Şöhrət bildirib ki, Həmid işinin düzəlməsi üçün 3 min manat istəsə də, o, 2 min manat verib. Lakin sonradan dələduzluqdan şübhələnərək, pulunu geri istəyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə isə 20 yaşında olan nəvəsi yeriyə bilmir və bunun üçün əvvəllər xarici ölkələrə müalicəyə aparıb. Şöhrətin atası oğlunun problemini ona danışıb və o da nəvəsinin xəstəliyini bildirərək, zərərçəkənin atasından kömək istəyib. Həmid Bəkirov həmin 2000 manatı məhz nəvəsinə kömək adı ilə aldığını bildirib. O, zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyib.

İstintaq zamanı təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. O, məhkəməyə ərizə ilə müraciət edərək, barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.

Məhkəmənin qərarı ilə, Həmid Bəkirovun barəsində amnistiya aktı qəbul olunub və o, sərbəst buraxılıb.

Son xəbərlər