Mojo.az Banner
21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |     20:14 İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutuldu  |     20:08 Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi  |     19:55 Sabah 33° isti olacaq  |     19:48 Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı nə qədər önəmlidir?  |     19:43 Avqust ayında müşahidə olunan hava açıqlandı  |     19:37 Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     19:30 600-dən yüksək bal toplayan bacılar eyni universiteti seçdilər  |     19:25 Lavrov onu "fürer" adlandırdı  |     19:16 "Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova  |     19:11 Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı  |     19:04 Bakıda bəzi marşrutların qiyməti artacaq  |    
Left Banner
Right Banner

"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev

18.06.2026 20:18 279
Daxili İşlər Nazirliyinə gün ərzində daxil olan müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

O qeyd edib ki, narkotik vasitələrin satışı da daxil olmaqla, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi məhz rəqəmsal mühitdə təşkil və idarə olunur:

"Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və bu saxta kimliklər vasitəsilə uşaqlar müxtəlif cinayətlərə təhrik edilir. Xüsusilə Tik-Tok platforması uşaqlara yalançı şəxsiyyət təqdim edərək onları zərərli informasiyalarla üz-üzə qoyur".

E. Hacıyev vurğulayıb ki, ölkənin məktəb və universitetlərində keçirilən görüşlər zamanı şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılıb:

"Xüsusilə, rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə məlumat verilib:

"Qanunvericiliyə təklif olunan dəyişikliklər isə hər hansı cəza və ya qadağaların tətbiqi deyil. Bu, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli idarəsinə xidmət edəcək".
скачать dle 11.3
Mojo.az Banner