Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sudan qanunsuz istifadə edən restoranın icarədarı cərimə olundu

18.06.2026 17:58 345
Sudan qanunsuz istifadə edən restoranın icarədarı cərimə olundu
Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında fəaliyyət göstərən restoranlardan biri cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, "Pine Park" restoranında sayğacdan kənar şəbəkəyə qoşulma faktı aşkar edilib.

Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən restoranı icarə müqaviləsi əsasında işlədən icarədar, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş T.R. məsuliyyətə cəlb olunub. Ona İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə (su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyanın vurulmasına görə) protokol tərtib edilib.

Məlum olub ki, sözügedən restoran "Novator Group" MMC-nin tərkibində fəaliyyət göstərir.

Məhkəmənin hökmü ilə barəsində protokol tərtib olunan şəxs İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 1000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Sumqayıt Şəhəri, Səməd Vurğun ev 116 ünvanında qeydiyyatda olan, nizamnamə kapitalı 20 manat təşkil edən "Novator Group" MMC-nin qanuni təmsilçisi Əliyev Qədir Vaqif oğludur.

Son xəbərlər