Mojo.az Banner
15:14 Gəncədə AĞLASIĞMAZ DƏLƏDUZLUQ: Pulu qayınanasından alacağını dedi  |     14:59 Sumqayıtın bir hissəsində su kəsildi - SƏBƏB  |     14:20 Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI  |     14:16 Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA  |     14:15 "Instagram"da arvadına mesaj yazan şəxsi qohumları ilə birgə yolun ortasında döydü  |     14:09 Goranboyda ata qızını öldürən kürəkəni bağışladı  |     12:26 Ölkə üzrə pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI  |     11:51 Azərbaycanın 3 universiteti TOP 800-ə daxil oldu - İLK DƏFƏ  |     11:47 Azərbaycan nefti ucuzlaşıb  |     11:38 Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü: Strateji tərəfdaşlıq məsələləri müzakirə edildi  |     11:36 Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR  |     11:31 Dünya çempionatları tarixində İLK: Vaxt uzatmağa görə künc zərbəsi təyin edildi  |     11:16 33 il əvvəl qətl törədən şəxs Almaniyadan Azərbaycana gətirildi  |     11:02 Evlənənlər boşananlardan çoxdur  |     23:02 Türkiyədə bu dağ 2000 ildən çoxdur yanır: Alimlər səbəbi açıqladı  |     22:55 Vəziyyət kritikdir: Avropanın ən böyük avtomobil istehsalçısı bağlana bilər  |     22:50 Bakıda şirkət tibbi tullantılara görə külli miqdarda cərimələndi  |     22:43 "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub  |     22:37 "Balakən Yaşıllıq Təsərrüfatı Sahəsi"ndə oğurluq - Keçmiş işçisi törədib  |     22:30 FHN "Ofisait"da pozuntular aşkarladı, cərimə etdi  |    
Left Banner
Right Banner

"Instagram"da arvadına mesaj yazan şəxsi qohumları ilə birgə yolun ortasında döydü

18.06.2026 14:15 93
Binəqədi Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmədə və xuliqanlıqda təqsirləndirilən Əsəd Bəşirov, onun qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovun (hər birinin adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 186.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barələrində olan cinayət təqibinə həmin hissədə xitam verilib. Lakin onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli biliniblər və şərti cəza verilib.

İttihama görə, hadisənin əsası 2025-ci ilin yanvar ayının sonlarında qoyulub.

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən Əsəd Bəşirov həyat yoldaşının istifadə etdiyi "Instagram" sosial şəbəkə hesabında əvvəllər tanımadığı şəxsin, zərərçəkmiş Habil Yusifovun (adı, soyadı şərtidir) ona mesaj yazdığını görüb. Bundan sonra o, həmin şəxslə münasibətlərə aydınlıq gətirmək və onu cəzalandırmaq məqsədilə həyat yoldaşının adından yazışmaları davam etdirib.

Bir neçə gün davam edən yazışmalardan sonra zərərçəkmiş şəxslə Abşeron rayonu, Masazır qəsəbəsində görüş təyin edilib. Əsəd görüşə tək gəlməyib.

Belə ki, o, qardaşı Saleh Bəşirov, bacısı oğlu Namiq İmanov və qayını İbrahim Səmədovu da həmin ünvana çağıraraq əvvəlcədən birlikdə hərəkət etmək barədə razılığa gəlib. Görüş günü təqsirləndirilən şəxslər müxtəlif avtomobillərlə hadisə yerinə gəliblər.

Habil də idarə etdiyi maşınla görüş yerinə çatdıqdan sonra onun hərəkət etdiyi avtomobil bir neçə istiqamətdən mühasirəyə alınmağa çalışılıb. Təqsirləndirilən şəxslər idarə etdikləri avtomobillərlə zərərçəkmişin nəqliyyat vasitəsini sıxışdıraraq onun hərəkətini dayandırmağa cəhd göstəriblər.

Lakin Habil təhlükə hiss etdiyindən həmin avtomobillərin arasından çıxaraq ərazidən uzaqlaşmağa müvəffəq olub.

Bundan sonra təqsirləndirilən şəxslər onun ardınca düşərək təqibi davam etdiriblər.

Araşdırmalar zamanı müəyyən edilib ki, təqib Masazır qəsəbəsindən başlayaraq Bakı şəhərinin Binəqədi rayonu istiqamətində davam edib.

Cinayət işi materiallarında göstərilir ki, zərərçəkmiş şəxs Binəqədi qəsəbəsində yerləşən və "Binəqədi Mərkəz" kimi tanınan əraziyə çatdıqda avtomobil sıxlığı səbəbindən hərəkətini dayandırmağa məcbur olub. Bundan istifadə edən təqsirləndirilən şəxslər avtomobillərini yolun ortasında saxlayaraq Habilin avtomobilinə yaxınlaşıblar.

Hadisə insanların və nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu ərazidə, çoxsaylı şəxslərin gözü qarşısında baş verib.

İstintaqın müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxslərdən ikisi avtomobillərdən beyzbol oyunu üçün nəzərdə tutulmuş toxmaqları götürüb, digər şəxs isə içərisində mayonez olan şüşə qabla hadisə yerinə yaxınlaşıb. Onlar zərərçəkmiş şəxsdən hər hansı izahat almadan və hadisənin mahiyyətini araşdırmadan onun avtomobilinə hücum ediblər.

Təqsirləndirilən şəxslər nalayiq ifadələr işlədərək avtomobilə ardıcıl zərbələr endirməyə başlayıblar.

Avtomobilin qapıları, şüşələri, qanad hissələri, güzgüləri, faraları, bamperləri, kapotu, stop lampaları və digər hissələri müxtəlif alətlərlə vurularaq yararsız vəziyyətə salınıb.

Ekspertiza rəylərinə əsasən, avtomobilə vurulmuş maddi ziyanın məbləği 15 min 712 manat təşkil edib.

Cinayət işi materiallarında göstərilir ki, təqsirləndirilən şəxslər avtomobili dağıtmaqla kifayətlənməyərək zərərçəkmiş şəxsi avtomobildən zorla çıxarıblar. Bundan sonra Habil bir neçə nəfər tərəfindən eyni vaxtda döyülüb. Təqsirləndirilən şəxslər ona beyzbol toxmaqları, əl və ayaq ilə zərbələr endiriblər.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxs hadisə nəticəsində baş, üz, əl və bədənin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb.

Ekspertiza onun baş nahiyəsində əmələ gəlmiş əzilmiş-cırılmış yaranın sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti olduğunu müəyyən edib.

Bundan başqa, zərərçəkmiş şəxsin bədəninin müxtəlif hissələrində qançırlar, sıyrıqlar və digər xəsarətlər aşkar edilib.

İstintaq orqanı hesab edib ki, təqsirləndirilən şəxslər bir qrup şəxs halında hərəkət etməklə, silah qismində istifadə olunan əşyalardan istifadə edib, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər.скачать dle 11.3
Mojo.az Banner