Mojo.az Banner
21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

İkinci ali təhsil almaq istəyənlərin DİQQƏTİNƏ - Video

16.06.2026 12:50 522
İkinci ali təhsil almaq istəyənlərin DİQQƏTİNƏ - Video
Azərbaycanda ali təhsil müəssisələrində ikinci ali təhsil almaq istəyən şəxslər üçün müəyyən edilmiş təhsil haqları açıqlanıb. Universitet və ixtisasdan asılı olaraq dəyişən qiymətlər bəzi proqramlar üzrə kifayət qədər yüksək məbləğlərlə diqqət çəkir.

Median.Az
"Xəzər" TV-yə istinadən xəbər verir ki, ən yüksək təhsil haqları tətbiq olunan ali təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyası da yer alır. Belə ki, Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı 7 600 manat təşkil edir. Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi, eləcə də menecment ixtisasları üzrə illik ödəniş 6 000 manatdır.

Təhsil ekspertləri hesab edirlər ki, ikinci ali təhsil əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından mühüm rol oynayır. Bununla belə, bəzi ixtisaslar üzrə müəyyən edilən yüksək təhsil haqları vətəndaşların bu imkandan yararlanmasını məhdudlaşdıra bilər.

Ekspertlərin fikrincə, xüsusilə əmək bazarında tələbat olan sahələr üzrə daha əlçatan qiymət siyasətinin tətbiqi əlavə təhsilə marağın artmasına müsbət təsir göstərə bilər.

Məsələ ilə bağlı açıqlama verən Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cəsarət Valehov qeyd edib ki, əlavə təhsilin müxtəlif istiqamətləri, o cümlədən yenidənhazırlıq və ikinci ali təhsil dövlət büdcəsindən maliyyələşdirilmir.

Onun sözlərinə görə, bu halda təhsil xərcləri ya şəxsin özü, ya da çalışdığı təşkilat tərəfindən ödənilir və ödəniş məbləği mövcud qaydalara uyğun müəyyənləşdirilir.
скачать dle 11.3
Mojo.az Banner