Mojo.az Banner
22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |     20:34 Xalq artisti: “Özümü 50 yaşında kişi kimi hiss edirəm”  |     20:29 Səhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     20:21 “Liverpul” Barkolanı transfer etdi  |     20:16 Antisanitar şəraitdə kvas istehsal edən müəssisə bağlandı  |     20:08 Xəzərdə gəzinti gəmisi qayaya çırpıldı - Ölənlər var  |     20:02 Bakıda bu mənzillərə tələbat artdı - Video  |    
Left Banner
Right Banner

Azərbaycanda şirkət rəhbərləri həbs edildi - DETALLAR

12.06.2026 18:59 444
Azərbaycanda şirkət rəhbərləri həbs edildi - DETALLAR
Çoxsaylı vətəndaşları aldadaraq onların adına şirkətlər açmaqda ittiham olunan mütəşəkkil dəstə üzvləri ifşa edilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində 10-a yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər arasında “SHARM DİZAYN” MMC-nin rəhbəri Elton Səlimov, “KANARYA.LLD” MMC-nin rəhbəri Çələbi Məmmədov, “ZINAV-LTD” MMC-nin rəhbəri Rövşən Hüseynov və onlarla əlbir olmaqda ittiham edilən digər şəxslər də var. İş materiallarında yazılıb ki, həmin şəxslər müxtəlif vətəndaşları aldadaraq onların adına VÖEN və şirkətlər rəsmiləşdirib, sonradan isə bu hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Zərərçəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra adına açılmış şirkətin 55 min manat vergi borcu yarandığını öyrənib. Digər bir şəxs isə xaricə səfər etmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, adına açılmış şirkətlərə görə 40 min manatdan artıq vergi borcu yarandığını bilib. İstintaq zamanı məlum olub ki, sonuncu şəxsin adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə 1 milyon manatdan çox dövriyyə qeydə alınıb. Ümumilikdə isə işbazlar bu qanunsuz əməllər nəticəsində milyonlarla pul qazanıblar.

Şikayətlər və ödənilməmiş vergi öhdəlikləri ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində geniş araşdırma aparılıb. Toplanmış sübutlar əsasında Çələbi Məmmədov, Rövşən Hüseynov da daxil olmaqla bəziləri barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf kimi tanınıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və başqa maddələrlə ittiham elan edilib. Bu əməllərin cəzası 10 ildən artıq həbsdir.

Cinayət işləri üzrə ibtidai istintaq artıq başa çatıb, yaxında məhkəmə araşdırması başlayacaq.скачать dle 11.3
Mojo.az Banner