Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO

11.06.2026 21:22 417
Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO
Türkiyənin Şanlıurfa şəhərində elektrikli avtomobil sahibinin qanunsuz yolla enerji istifadəsi aşkar edilib.

Avtosfer.az xəbər verir ki, aidiyyəti qurumların keçirdiyi yoxlamalar zamanı elektrik şəbəkəsindən çəkilmiş qanunsuz xətt vasitəsilə elektrikli avtomobilin enerji ilə doldurulduğu müəyyən edilib.

Araşdırma nəticəsində məlum olub ki, şəxs qaçaq elektrik xətti çəkərək avtomobilini həmin xətt üzərindən mütəmadi olaraq enerji ilə təmin edib. Beləliklə, ictimai elektrik şəbəkəsi faktiki olaraq qeyri-qanuni şarj məntəqəsinə çevrilib.

Hadisə ilə bağlı qanunsuz elektrik istifadəsinə görə məsul şəxslər barəsində inzibati tədbirlər görülüb və onlara cərimə tətbiq edilib.

Son xəbərlər