Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bunu edənlər avtoxuliqan hesab olunacaq - Sürücülərə vacib xəbər

11.06.2026 21:02 348
Bunu edənlər avtoxuliqan hesab olunacaq - Sürücülərə vacib xəbər
Son dövrlərdə yol hərəkəti qaydalarının pozulması və avtoxuliqanlıq halları ilə bağlı cəmiyyətdə müzakirələr artmaqdadır. Xüsusilə sürücülərin hansı hallarda avtoxuliqan hesab olunması və bu zaman tətbiq edilən prosedurlar barədə suallar tez-tez gündəmə gəlir.

Median.Az
xəbər verir ki, bu barədə Oxu24.com-a açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, avtoxuliqanlıq anlayışı qanunvericilikdə konkret şəkildə müəyyən olunub və hər bir yol hərəkəti pozuntusu bu kateqoriyaya aid edilə bilməz.

Hüquqşünasın sözlərinə görə, avtoxuliqanlıq dedikdə əsasən ictimai təhlükəsizliyi kobud şəkildə pozan və cəmiyyət üçün real risk yaradan davranışlar nəzərdə tutulur. Bunlara, məsələn, iki və ya daha çox nəqliyyat vasitəsinin iştirak etdiyi qanunsuz yarışların təşkili, yüksək sürətlə və idarəetməni itirmə riski yaradan hərəkətlər, eləcə də avtomobilin təhlükəli manevrlərlə – məsələn, təkər üzərində və ya idarəetməni çətinləşdirən formada idarə olunması kimi hallar daxildir.

Şamil Paşayev vurğulayıb ki, hər bir halda avtoxuliqanlıqla bağlı sübutlar qanunvericiliyə uyğun şəkildə toplanmalıdır. Bu zaman əsas sübutlar yol hərəkəti təhlükəsizliyinə nəzarət kameraları, şəhər müşahidə sistemləri və yol patrul xidməti avtomobillərindəki qeydiyyat qurğuları vasitəsilə əldə olunmalıdır.

Hüquqşünas qeyd edib ki, digər şəxslər tərəfindən telefonla çəkilən görüntülər və ya qeyri-rəsmi yollarla əldə edilən videolar təkbaşına sübut kimi qəbul edilə bilməz və onların hüquqi qiymətləndirilməsi məhkəmə tərəfindən ayrıca araşdırılır.

Eyni zamanda, avtoxuliqanlıqla bağlı saxlanılan sürücülərlə davranış qaydalarına da toxunulub. Bildirilib ki, saxlanılan şəxsə qarşı prosessual qaydalar pozulmamalı, inzibati protokol qanunla müəyyən edilmiş qaydada və vaxtında tərtib olunmalıdır. Şəxsin hansısa “otağa aparılması” və ya qeyri-rəsmi şəraitdə saxlanılması hüquqi prosedurlara uyğun hesab edilmir.

Ekspertin sözlərinə görə, avtoxuliqanlıq halları yalnız qanunda nəzərdə tutulmuş konkret əlamətlər olduqda təsdiqlənə bilər və hər bir hadisə fərdi qaydada araşdırılmalıdır. Sürücülər isə yol hərəkəti qaydalarına ciddi riayət etməli və öz hərəkətlərinin hüquqi nəticələrini nəzərə almalıdırlar.

Sonda hüquqşünas bildirib ki, yol təhlükəsizliyinin təmin olunması üçün həm nəzarət mexanizmlərinin gücləndirilməsi, həm də sürücülərin maarifləndirilməsi vacibdir.скачать dle 11.3
Mojo.az Banner